Rusiya Federasiyasının Prezidenti
Zati-aliləri cənab
Vladimir Putinə
Hörmətli Vladimir Vladimiroviç,
Voronej vilayətindəki
internatda baş vermiş yanğın nəticəsində insanların
həlak olması xəbər məni dərindən kədərləndirdi.
Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı
verir, xəsarət alanların tezliklə sağalmasını arzu edirəm.
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 13 dekabr, 2015-ci il
Azərbaycan. - 2015.- 15 dekabr.- S.1.