Azərbaycan Prezidenti İlham
Əliyevin Çinə səfəri tarixi
hadisədir
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının sədri Si Cinpinin dəvəti ilə dekabrın 8-dən 11-dək Çində dövlət səfərində olub. Azərbaycan dövlətinin başçısının bu səfəri həm Azərbaycan, həm də Çin və xarici KİV-lərdə geniş işıqlandırılıb. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov səfərin sona çatması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin dövlət səfərinin tarixi xarakterini qeyd edərək, bu səfərin yekunları haqqında müfəssəl məlumat verib. Çin Xalq Respublikasının Sinxua Dövlət Agentliyi Novruz Məmmədovun Bakıdakı bəyanatı barədə “İlham Əliyevin Çinə səfəri tarixi hadisədir” sərlövhəli məqalə dərc edib.
AZƏRTAC Sinxuanın materialını təqdim
edir.
Azərbaycan Prezidenti Administrasiyasının
rəhbərinin müavini,
xarici əlaqələr
şöbəsinin müdiri
Novruz Məmmədov şənbə günü
jurnalistlərə müsahibəsində
deyib: “Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri forma, məzmun
və status baxımından
tarixidir”.
O vurğulayıb ki, dünyada və regionda baş verən proseslər fonunda Azərbaycan Prezidentinin Çinə dövlət səfəri
çox mühüm tarixi hadisə oldu. Hər bir dövlətdə
ildə iki və ya üç
səfərə dövlət
statusu verilir. Azərbaycan Prezidentinin Çinə səfərinə bu statusun verilməsi xüsusi yanaşmanın göstəricisidir. Səfərin özü, danışıqlar,
görüşlər, imzalanmış
on sənəd bunu təsdiqləyir. Elə sahə
olmadı ki, əməkdaşlığın genişləndirilməsi barədə
danışıqlar aparılmasın.
Novruz Məmmədov
vurğulayıb ki, Çin və Azərbaycan sabit və təhlükəsiz
şəraitdə uğurlu
və davamlı inkişafı təmin edən dövlətlərdir. Biz bir-birimizə qarşılıqlı
hörmət etmək,
qarşılıqlı maraqları
qorumaq, faydalı əməkdaşlıq etmək
niyyətindəyik. Buna heç nə mane ola bilməz.
Odur ki, bütün sahələrdə əməkdaşlığın
inkişafı, bu sahədə qətiyyətin
nümayiş etdirilməsi,
iradənin ortaya qoyulması böyük əhəmiyyət daşıyır.
Hətta
Çin Xalq Respublikasının sədri
belə bir fikir səsləndirdi ki, Azərbaycan ilə Çin arasında qədimdən əlaqələr olub.
Bu əlaqələr xalqlarımız arasında
da çox qədimdən olub. Onu isə Azərbaycan Prezidenti ilə şəxsi dostluq münasibətləri birləşdirir.
Narkotik vasitələrin
qanunsuz dövriyyəsinə
qarşı mübarizə
və digər bir çox sahələrdə əməkdaşlığın
genişləndirilməsi ilə
bağlı çox məzmunlu, mövqelərin
üst-üstə düşdüyü
söhbət aparılıb. Beynəlxalq və
regional təşkilatlar çərçivəsində
əməkdaşlıq xüsusi
vurğulanıb. Bu ilin birinci yarısında
Azərbaycan Şanxay
Əməkdaşlıq Təşkilatının
dialoq üzrə tərəfdaşı oldu.
Həmçinin maliyyə-bank sahəsində
əməkdaşlığın xüsusi yeri qeyd edilib.
N.Məmmədov diqqətə çatdırıb ki, Çin rəhbərliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun, ədalətli həlli məsələsinə çox qətiyyətli dəstək göstərib və bundan sonra da bu mövqedə olacağını vurğulayıb. Azərbaycan tərəfi bəyan edib ki, “Vahid Çin” prinsipi üzrə həmişə öz konkret mövqeyini bildirəcək. Bunun çox böyük əhəmiyyəti var.
Azərbaycan. -
2015.- 15 dekabr.- S. 3.