Azərbaycan ilə
Türkiyə arasında müdafiə sənayesi sahəsində
əməkdaşlığa dair
müzakirələr aparılıb
Dekabrın
14-də müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda
səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin
hava daşımaları komandiri, general-leytenant Tayfur Fikrət
Erbilginin rəhbərlik etdiyi nümayəndə heyəti ilə
görüşüb.
Müdafiə Sənayesi Nazirliyindən (MSN) AZƏRTAC-a bildiriblər ki, səmimi və mehribançılıq şəraitində keçən görüşdə Azərbaycan ilə Türkiyə arasındakı müdafiə sənayesi sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.
Türkiyənin Azərbaycandakı hərbi attaşesi İhsan Başbozkurt da
görüşdə iştirak edib.
Azərbaycan. - 2015.- 15 dekabr.- S. 3.