Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli cənab Prezident,
Dekabrın 4-də “Günəşli” dəniz neft yatağındakı platformada baş verən yanğın nəticəsində insanların həlak olması xəbəri məni dərindən kədərləndirdi.
Birləşmiş Krallığın hökuməti və xalqı adından qəza nəticəsində doğmalarını itirən ailələrə dərin hüznlə başsağlığı verir, itkin düşənlərin axtarışını davam etdirən xilasedicilərə uğur diləyir, xəsarət alanların tezliklə sağalmalarını arzu edirəm.
Bu kədərli günlərdə Sizin və Azərbaycan xalqının yanında olduğumu bildirirəm.
Dərin ehtiramla,
Devid Kemeron
Böyük Britaniya və
Şimali İrlandiya
Birləşmiş Krallığının Baş
naziri
Azərbaycan. - 2015.- 16 dekabr.- S.1.