Azərbaycan: marionetka statusu
istisna edilir
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yeni kitabı çapdan çıxıb
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
Azərbaycan Milli Elmlər Akademiyasının
həqiqi üzvü Ramiz Mehdiyevin “Avropa strukturlarının deqradasiyasının mənbələri
haqqında və ya Azərbaycana münasibətdə ikili standartlar siyasəti. Dünya nizamından
“nizamsızlığa” doğru”
kitabı çapdan çıxıb.
Akademik Ramiz Mehdiyev bu kitabda müasir
dünyada siyasi böhranın səbəblərini
hərtərəfli təhlil
edərək göstərib
ki, Avropanın müxtəlif strukturlarının
və təşkilatlarının
mürəkkəb məsələlərə
dair qərarlar qəbul etmək hüququnu inhisarlaşdırmağa,
suveren dövlətlərin
daxili işlərinə
qarışmağa yönəlmiş
siyasəti, insan haqları məsələsindən
təzyiq vasitəsi kimi istifadə edilməsi, həmçinin
deklarasiya olunmuş dəyərlərdən tədricən
imtina edilməsi dünya nizamının pozulmasına gətirib çıxarıb.
Kitabda deyilir: “İkili standartlar siyasətinin hər yerdə tətbiq edilməsi, “soyuq müharibə” dövrünün blok təfəkkürünə
qayıdış və
bunun təsiri altında Qərbin Şərq qütbü boyunca hərbi-siyasi təsirinin yayılması
onunla nəticələnib
ki, bəzən Şərqi Avropanın və postsovet məkanının kiçik
dövlətləri bu
eskalasiyanın qurbanlarına
çevrilir”.
Əsərdə mötəbər nümunələrə
istinad edilərək Avropa strukturlarının deqradasiyasının mənbələri
barədə söhbət
açılır, sübut
edilir ki, Azərbaycan suveren və balanslaşdırılmış
xarici siyasət yürüdür. Bunun nəticəsində ölkəmiz davamlı şəkildə inkişaf
edir, sanballı iqtisadi uğurlar qazanır və məhz bu uğurlar
Qərbin bəzi dairələrini qıcıqlandırır.
Müəllif qeyd edir ki, öz geosiyasi
istəklərini reallaşdırmaq
xatirinə “ölkəmizi
qeyri-sabit, pərakəndə
və alovlanan bir məkan kimi görməyi arzu edən” Qərb Azərbaycanın təklif etdiyi dialoq və qurucu fəaliyyət yoluna qədəm qoymaq əvəzinə,
tam qarşıdurmaya hazırdır.
Qarşıdurma oxu üzərində
olan dövlətlərin
əksəriyyəti bu
baxışın tərəfdarıdır.
“Zamanın imtahanından
kəsilmiş Birləşmiş
Avropa” adlı birinci fəsildə müəllif “Avropa Birləşmiş Ştatları:
“böyük dövlət”,
yoxsa fraqmentlərə
bölünmüş regional oyunçu?” sualına ətraflı cavab verərək bu qənaətə gəlir
ki, Avropa qeyri-müəyyən siyasi
obyektdir. “Son illər yaranmış maliyyə böhranı və miqrasiya problemi göstərir ki, əgər yeni çıxış yolları
tapılmasa, onda avropalılar tərəfindən
uzun illər boyu həyata keçirilən inteqrasiya
arzuları qısa müddətdə şovinizmin
və ksenofobiyanın
artması nəticəsində
məhv ola
bilər”, - deyən müəllif daha sonra xatırladır ki, böyük dövlət dedikdə beynəlxalq münasibətlərə
qlobal səviyyədə
təsir göstərən
dövlət nəzərdə
tutulur. Avropa İttifaqında isə hər şey tam əksinədir: İttifaqın
genişlənməsi onun
ayrı-ayrı iştirakçılarının
milli qüdrətini zəiflədir. Üstəlik də Avropa
dəyərlərinin böhranı
nəticəsində yaranmış
islamofobiya, ksenofobiya, miqrasiya fəlakəti.
İkinci fəsil Avropa İttifaqının postsovet
məkanında ikili standartlar siyasətinə,
Şərq tərəfdaşlığının
konfliktogen layihəyə
çevrilməsi məsələsinə
həsr edilib. Özü də
bunlar Avropa İttifaqının özünün
səyi ilə baş verir. Avropa İttifaqı Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin tənzimlənməsi
prosesinə nümayişkaranə
şəkildə qoşulmur,
bəzi hallarda isə hətta danışıqlar prosesinə
ziyan vurur. Avropa Parlamentinin fəaliyyəti
nümunəsində sübut
edilir ki, bu struktur Avropa
İttifaqının antiazərbaycan
siyasətinin əsas ruporudur.
“Azərbaycanın “ağıllı
qüvvəsi” məxsusi
inkişaf yolu kimi” adlı üçüncü fəsil
ictimai diplomatiyadan bacarıqla istifadə edilməsi, hərbi qüvvə ilə yanaşı, səmərəli
iqtisadi üsullar əsasında ölkənin
inkişafı məsələlərinə
həsr edilib. “Eurovision”dan
başlamış Avropa
Oyunlarına qədər
qeyri-siyasi məsələlərin
Qərb tərəfindən
siyasiləşdirilməsi, Azərbaycanda bəzi QHT-lərin və fondların dövlətə
aşkar ifadə olunmuş zidd xarakteri belə fikir yaradır ki, onlar ölkəmizdə
etiraz hərəkatının
öz məqsədləri
naminə sınaqdan keçirilməsi üçün
müəyyən metodlar
tətbiq etməyə
çalışırlar.
Kitabda Avropa İttifaqı ilə Azərbaycanın energetika
sahəsində münasibətləri
də təhlil edilir. Akademik Ramiz Mehdiyev yazır: “Azərbaycan Qərb üçün mühüm
tərəfdaş olub
və tərəfdaş
olaraq qalır. Biz qarşılıqlı münasibətlərdə
yalnız bərabər
ola bilərik.
Marionetka
statusu istisna edilir”.
Azərbaycan və rus dillərində
nəfis şəkildə tərtib edilmiş
kitab “Şərq-Qərb” nəşriyyat evinin mətbəəsində çap
olunub.
AZƏRTAC
Azərbaycan. - 2015.- 16 dekabr.- S. 2.