BMT-nin Azərbaycan nümayəndəliyi
Fövqəladə Hallar Nazirliyi
ilə uğurlu əməkdaşlıq edir
Dekabrın
15-də Azərbaycan Respublikasının fövqəladə
hallar naziri Kəmaləddin Heydərov diplomatik fəaliyyətinin
başa çatması ilə əlaqədar BMT-nin ölkəmizdəki
rezident əlaqələndiricisi Antonius Broek ilə
görüşüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Kəmaləddin Heydərov BMT-nin ölkəmizdə müxtəlif sahələrdə layihələrin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən, “Tərəqqi” medalı ilə təltif edilməsi münasibətilə Antonius Broeki təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Nazir FHN ilə məhsuldar əməkdaşlığa görə rəhbərlik etdiyi kollektiv adından qonağa təşəkkürünü bildirib.
Antonius Broek görüşə və xoş sözlərə görə minnətdarlığını bildirib, BMT-nin Azərbaycan nümayəndəliyinin Fövqəladə Hallar Nazirliyi ilə uğurlu əməkdaşlığından məmnunluğunu ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.
AZƏRTAC
Azərbaycan.- 2015.- 16 dekabr.- S. 2.