Azərbaycan mədəniyyətinin
nümunələri Vaşinqtonda sərgilənib
ABŞ-da yerləşən
Ronald Reyqan Binası və Beynəlxalq Ticarət Mərkəzində
(Ronald Reagan building and International Trade Center) “Winternational”
adlı 4-cü İllik
Səfirlik Sərgisi keçirilib.
Ticarət Mərkəzləri Assosiasiyası
(Trade Center Management Associates) tərəfindən
maliyyələşdirilən tədbirdə əsasən
Vaşinqtonda akkreditə
olunmuş diplomatik korpusun yüksək vəzifəli nümayəndələri,
ABŞ KİV-lərinin nümayəndələri,
sadə vətəndaşlar,
habelə Azərbaycan
icmasının təmsilçiləri
də daxil olmaqla, təxminən
2500-3000 nəfər iştirak
edib.
Vaşınqtonda akkreditə olunmuş 35-dən
çox səfirliyin nümayiş etdirdiyi rəngarəng mədəniyyət
nümunələri və
müxtəlif milli adət-ənənələrin təcəssümü olan
əşyalar böyük
maraq doğurub. Yarmarkanın ölkəmiz üçün
ayrılmış stendinin
tərtibatında Azərbaycanın
qədim tarixi abidələrini, müasir
infrastrukturunu və turizm potensialını özündə əks etdirən şəkillərdən
istifadə olunub.
Burada milli mətbəximizin nümunələri, xalçalar,
suvenirlər, Azərbaycan
haqqında buklet və kitablar nümayiş etdirilib.
Qeyd etmək lazımdır kı, Azərbaycan stendi daha çox
tamaşaçı toplayan
stendlərdən biri olub.
Sərginin açılışında çıxış edən
Ticarət Mərkəzləri
Assosiasiyasının prezidenti
Con P. Dryu (John P. Drew) tədbirin
əsas məqsədinin
Vaşinqton ictimaiyyətini
dünya ölkələrinin
mədəniyyət və
adət-ənənələri barədə məlumatlandırmaq
olduğunu bildirib.
AZƏRTAC
Azərbaycan. -
2015.- 16 dekabr.- S. 4.