Xarici işlər nazirləri Azərbaycan
XİN-ə başsağlığı məktubları
ünvanlayıblar
Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin “Günəşli” yatağının
10 saylı stasionar dərin dəniz özülündə baş
vermiş qəza ilə əlaqədar müxtəlif ölkələrin,
o cümlədən Türkiyə,
Qazaxıstan, Litva, Fransa, Çexiya, Küveyt, Ruminıya, Niderland Krallığı,
Macarıstan, Finlandiya,
Qətər, Portuqaliya
və Monteneqronun xarici işlər nazirləri tərəfindən
Azərbaycanın xarici
işlər naziri Elmar Məmmədyarova başsağlığı məktubları
ünvanlanıb.
Məktublarda “Günəşli”
yatağında baş vermiş
şiddətli yanğın nəticəsində insan tələfatı ilə bağlı
başsağlığı verilir və zərərçəkmişlərin
ailələrinə səbir dilənir.
AZƏRTAC
Azərbaycan. - 2015.-17 dekabr.- S. 1.