Azərbaycan
Respublikası müdafiə nazirinin
Türkiyəyə rəsmi səfəri başlayıb
Azərbaycan
Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov
Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə
nazirlərinin dekabrın 17-də keçiriləcək
üçtərəfli görüşündə iştirak
etmək üçün İstanbula yola düşüb.
Müdafiə Nazirliyinin
mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, üçtərəfli formatda
keçiriləcək növbəti görüşdə
müdafiə sahəsində həyata keçirilən birgə
əməkdaşlığın gedişi
nəzərdən keçiriləcək. Həmçinin
regional təhlükəsizlik məsələləri,
bölgədə sülhün, sabitliyin və iqtisadi
inkişafın təmin edilməsi istiqamətində fəaliyyətlər,
o cümlədən
qarşılıqlı maraq doğuran digər məsələlər
müzakirə olunacaq.
Azərbaycan. - 2015.- 17 dekabr.- S. 2.