Birləşmiş Bibliya Cəmiyyətinin nümayəndələri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində olublar

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı dekabrın 16-da Birləşmiş Bibliya Cəmiyyətinin nümayəndələri ilə görüşüb.

DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Birləşmiş Bibliya Cəmiyyətinin vitse-prezidenti Teriye Hartberg, Norveç Bibliya Cəmiyyətinin prezidenti Bernt Olsen və Özbəkistan Bibliya Cəmiyyətinin sədri Xalmat Aşımov iştirak ediblər.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanın tarixən müxtəlif konfessiyaların, xalqların, eləcə də ayrı-ayrı etiqadinanclara malik etnosların sülh və əmin-amanlıq şəraitində birgə yaşadığı ölkə olduğunu bildirib. Respublika əhalisinin 96 faizinin İslam dininə, 4 faizinin isə qeyri-islam dinlərinə mənsub olduğunu deyən komitə sədri ölkədə yaşayan müxtəlif din və məzhəblərin nümayəndələrinə dövlət tərəfindən qayğı göstərildiyini deyib.

Azərbaycandakı dinamik inkişaf prosesini yüksək qiymətləndirən Birləşmiş Bibliya Cəmiyyətinin vitse-prezidenti Teriye Hartberg ölkəmizin malik olduğu uğurlu tolerantlıq modelindən danışıb. Qonaq Azərbaycandakı tolerantlıq mühitini və dinlərarası münasibətləri, ölkəmizin ötən illər ərzində bütün sahələrdə çox böyük inkişaf yolu keçdiyini xüsusi qeyd edib.

Görüşdə Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili, Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete və “Həyat Sözüxristian dini icmasının pastoru Rasim Xəlilov da iştirak ediblər.

 

Azərbaycan. - 2015.-17 dekabr.- S.5.