Milli Qəhrəmanın xatirəsi anıldı

 

Dünən Sumqayıtda Qubadlı Rayon Tarix-Diyarşünaslıq Muzeyində  Milli Qəhrəman Əliyar Əliyevə həsr edilmiş anım tədbiri keçirilmişdir. Tədbir iştirakçıları şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra Əliyar Əliyevə həsr edilən filmə baxış keçirildi.

Mərasimdə şəhidin döyüşçü yoldaşları Əli Ələsgərov, Dağbəyi Məhyəddinov, Əliyarın qardaşı Rüzgar Əliyev çıxış edərək tədbir iştirakçılarını xatirələri ilə o çətin günlərə apardılar, əfsanəyə çevrilən Əliyarın qəhrəmanlığından söhbət açdılar.

Tədbirdə bildirildi ki,  Qubadlının qəhrəman oğulları daim ehtiramla yad edilir. Şəhidlərin müqəddəs ruhu uca tutulur. Onların hər birinin ömür yolu araşdırılır. Qəhrəmanlıq  salnaməmizin Əliyarları heç vaxt unudulmur.

Sonda İşıqlı kənd tam orta məktəbinin şagirdləri şəhidlərə həsr edilən şeirlər səsləndirdilər.

 

Akif ƏLİYEV,

 

Azərbaycan. - 2015.-17 dekabr.- S.7.