Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident, əziz qardaşım,

Xəzər dənizindəki “Günəşli” neft yatağının 10 saylı platformasında baş vermiş yanğın nəticəsində insanların ölümü ilə bağlı xəbəri dərin məyusluq hissi ilə qarşıladım.

Millətim adından və şəxsən öz adımdan bu qəzada həyatlarını itirənlərə Allahdan rəhmət, xəsarət alanlara şəfa diləyir, Zati-alinizə, həlak olanların ailələrinə və qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

Türkiyə hər zaman olduğu kimi, bu kədərli günlərdə də Azərbaycan dövlətinin və xalqının yanındadır, ona hər cür kömək göstərməyə hazırdır.

Fürsətdən istifadə edərək, Zati-alinizə və Azərbaycan xalqına əmin-amanlıq, rifah arzu edirəm.

Hörmətlə,

 

Rəcəb Tayyib Ərdoğan

Türkiyə Respublikasının Prezidenti

 

Azərbaycan.- 2015.- 18  dekabr.- S. 1.