Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli Prezident, əziz qardaşım,
Dekabrın 4-də qardaş Azərbaycana rəsmi səfərdən qayıdandan sonra Xəzər dənizinin “Günəşli” yatağındakı 10 saylı platformada yanğın nəticəsində insan ölümü ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşıladım.
Hökumətim adından və şəxsən öz adımdan qəzada həyatını itirənlərə Allahdan rəhmət, xəsarət alanlara şəfa diləyir, Zati-alinizə, həlak olan insanların ailələrinə və qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.
Hörmətlə,
Əhməd Davudoğlu
Türkiyə
Respublikasının Baş naziri
Azərbaycan.- 2015.- 18 dekabr.- S. 1.