Azərbaycan ilə
Türkiyə arasında hərbi əməkdaşlıq uğurla inkişaf edir
Dekabrın
17-də İstanbulda Azərbaycanın müdafiə naziri,
general-polkovnik Zakir Həsənov ilə Türkiyənin milli
müdafiə naziri İsmət Yılmaz arasında
görüş keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə müdafiə nazirləri ölkələrimiz arasında hərbi əməkdaşlığın daim inkişaf etdiyini, strateji tərəfdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd ediblər.
Tərəflər bu günlərdə Bakıda keçirilən
Azərbaycan-Türkiyə 8-ci yüksək səviyyəli hərbi
dialoq iclasının nəticələrini
əks etdirən yekun Protokolunun
imzalanmasını xüsusi qeyd edərək Silahlı qüvvələrimiz
arasında əlaqələrin inkişaf
perspektivləri, hərbi, hərbi-texniki və
hərbi təhsil sahələrində əməkdaşlığın
imkanları, birgə təlimlərin keçirilməsi, o cümlədən regional
və qarşılıqlı tərəfdaşlığa dair bir sıra məsələlər
barədə müzakirələr aparıblar.
Azərbaycan.- 2015.- 18 dekabr.- S. 3.