Berlin Humboldt Universitetində
Azərbaycan multikulturalizmindən
bəhs edilib
Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər
üzrə Dövlət
müşaviri, akademik
Kamal Abdullayev Almaniyanın Berlin Humboldt Universitetinin
dəvəti ilə bu ali məktəbdə
təhsil alan yerli və xarici
tələbələrə, həmçinin burada fəaliyyət göstərən
“Azərbaycan tarixi” kafedrasının əməkdaşlarına
“Kitabi-Dədə Qorqud”
və Fridrix fon Dits-200” mövzusunda mühazirə oxumaq üçün bu ölkəyə səfər
edib.
AZƏRTAC
xəbər verir ki, universitetin “Azərbaycan tarixi” kafedrasında təşkil
olunan görüşdə
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
Himayəçilər Şurasının
sədri Kamal Abdullayev iştirakçılara
ölkəmizdəki tolerant mühit, burada yaşayan müxtəlif azsaylı xalqların və etnik qrupların
dil, din və mədəniyyətinin qorunması
üçün həyata
keçirilən dövlət
siyasəti, multikulturalizmin
Azərbaycan modelini formalaşdıran Azərbaycan
xalqının keçmişi
və bu günü, hazırda dünyanın böyük
maraq göstərdiyi Azərbaycan multikulturalizminin
müxtəlif aspektləri
ilə bağlı ətraflı məlumat verib.
Sonra Dövlət müşaviri
“Kitabi-Dədə Qorqud”
dastanının elm aləminə
tanıdılmasının 200 illiyi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı
sərəncamdan və
burada göstərilən
tədbirlər planına
əsasən müxtəlif
dövlət qurumlarının
həyata keçirdiyi
tədbirlərdən söhbət
açıb.
Kamal Abdullayev 200 il
öncə görkəmli
alman şərqşünası
və diplomatı Fridrix fon Ditsin
Azərbaycan xalqının
“Kitabi-Dədə Qorqud”
dastanına verdiyi dəyəri, bununla bağlı qələmə
aldığı mükəmməl
elmi araşdırmanı
və dastanın bir boyunun alman
dilinə tərcümə
edilərək 1815-ci ildə
Berlində çap etdirməsini türk dünyası üçün
önəmli hadisə
hesab etdiyini bildirib. Dövlət müşaviri bu gün və gələcəkdə də
ölkəmizdə Fridrix
fon Dits
şəxsiyyəti ilə
birbaşa bağlı
olan tədbirlərin keçiriləcəyini dilə
gətirib. Kamal Abdullayev bütün bu tədbirləri böyük alman alimi və diplomatına,
türk və Şərq vurğunu olan Fridrix fon Ditsə bizlərin bir vəfa borcu kimi xarakterizə edib.
Görüşdə iştirak edən universitetin müxtəlif kafedralarının
əməkdaşları, professorlar
və tələbələr
Kamal Abdullayevə həm ölkəmizdəki
multikultural durum, həm
də “Kitabi-Dədə
Qorqud” dastanı ilə bağlı müxtəlif suallar ünvanlayıblar.
Dövlət müşaviri
sonda Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzinin 25 dildə hazırladığı “Kitabi-Dədə
Qorqud” və Fridrix fon Dits-200” kitablar toplusunu və özünün
alman dilində nəşr olunmuş
“Yarımçıq əlyazma” romanını universitetə hədiyyə
edib.
Azərbaycan. - 2015.- 18 dekabr.- S. 4.