Tənəzzüldən intibaha gedən ən qısa yol

 

Əsrə yaxın üzücü tənəzzülün bataqlığından 30 il ərzində intibaha qanadlanan Çin dünyanı heyrətə salan uğurlara nail olmuşdur. Artıq neçə ildir ki, bu ecazkar Şərq ölkəsinin iqtisadi möcüzələri tədqiqatçıların və alimlərin diqqət mərkəzindədir. Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Renmin UniversitetininTarix üzrə fəxri professordiplomunun təqdim edilməsi mərasimindəki çıxışında çin xalqının uğurlarının mahiyyətini bir neçə cümlə ilə müdrikcəsinə belə izah edib: “Mən səfərimə qədim Sian şəhərindən başladım, Terrakota Ordusu Muzeyi ilə tanış oldumbir daha xalqınızın böyük mədəniyyəti, ənənələri və tarixinin şahidi oldum. Bu, bir daha nümayiş etdirir ki, Çin xalqının əsrlərlə davam edən tarixi boyunca siz şah əsərlər yaratmısınız, tarix yazmısınız və sizin müasir uğurunuz həmin tarixi irsə əsaslanır”. Bir-birindən maraqlı və sirli əfsanələrlə tarixi bizim eradan 6 min il keçmişə gedib çıxan Çin ən qədim sivilizasiyadır. Kosmosdan belə aydın görünən Böyük Çin səddinin 2700 kilometri miladdan əvvəl III əsrdə, 3 min kilometrdən artıq ikinci hissəsi isə 400 il sonra tikilib. Ümumi uzunluğu 6 min kilometr olan bu sədd müdafiə istehkamı kimi çinlilərin ən məşhur abidəsi olmaqla yanaşı, həm də onların digər xalqlardan nə qədər ciddi fərqləndiyini büruzə verən bənzərsiz nümunədir. Çinlilər başqa xalqlara qaynayıb qarışmağa tarixən maraqlı olmayıblar. Onlar üçün hasar nə qədər uca və möhkəm olubsa, qonşu da bir o qədər təhlükəsiz və mehriban sayılıb. Heç vaxt hisslərini açıq büruzə verməyib, xariciləri xarakterinə görə açıq, özlərini isə qapalı sayıblar.

Dünya mədəniyyəti tarixinə nadir möcüzələr kimi həkk olunan ən məşhur tarixi abidələr, qədim saraylarbirinci kəşflər çinlilərin adı ilə bağlıdır. Dünyada ilk maqnit kompası, gəmilərin arxa sükanı, kanallarda şlüzlər, seysmoqraflar (I əsr), kağız (II əsr), təkərli araba (III əsr), at boyunduruğu (V əsr), asma körpü (VI əsr), barıt (IX əsr), kitab çapı, mexaniki saat (XI əsr) Çində ixtira edilib.

Sonuncu sivilizasiyanın inkişafında əvəzsiz rol oynayan Çin imperiyası bütün qonşu dövlətlərə hərbi gücü, əzəməti, dövlətçilik ənənələri və elmi tapıntıları ilə təsir etsə də, XX əsrdə Avropa və Asiyanı bürüyən amansız müharibələr və siyasi burulğanlar bu dövləti də sarsıdıb, zəiflədib, onu tənəzzülün uçurumlarına sürükləyərək geriyə atıb. Minillik əzəmətini və basılmaz gücünü itirən Çin 1949-cu ildə artıq yarımfeodal və yarımkolonial bir ölkə idi. İqtisadiyyatı demək olar ki, tamamilə dağılmışdı, böyük bir xalq səfalət içində yaşayırdı. Ölkədə orta ömür 35 ilədək qısalmışdı. Çin yalnız ötən əsrin sonundan dirçələrək əvvəlki əzəmətini tədricən bərpa edə bilmişdir.

Dünyanı heyrətə salan Çin fenomeninə Qərb və Şərq alimlərinin müəyyən məqamlarda uzlaşan, bəzən də təzadlar təşkil edən fərqli yanaşmaları mövcuddur. Qərb alimləri Çin tənəzzülünü siyasi, iqtisadi, biolojidini faktorlarla izah ediblər, hətta bəziləri belə qənaətə gəlib ki, bu faciəvi tənəzzül Çin dilinin quruluşu, bioloji faktorlar və hətta torpağın tərkibi ilə bağlıdır.

Məşhur psixoloq Maks Veber ideal kapitalist tipinə protestant dininin daha yaxın olduğunu ideya kimi irəli sürərək belə qənaətə gəlmişdir ki, Konfutsi cəmiyyətində inkişaf mümkün deyil. Bu ölkəyə kapitalizm yad olduğu üçün tənəzzül də labüddür. Lakin Şərqi və Cənub-Şərqi Asiyada məhz Konfutsi mentalitetli ölkələrinin son illərdəki intibahı məşhur Qərb psixoloqunun bəzi məqamlarda haqlı, bəzi məqamlarda da yanıldığını göstərir. Çin fəlsəfəsini, bu ölkədə tənəzzülün və intibahın səbəblərini öyrənməyə cəhd edən Qərb alimləri məhz Konfutsi etiketinin kəskin dəyişikliklərə hazır olduğu halda intibahın niyə İkinci Dünya müharibəsində məğlub edilən Yaponiyada baş verməsinə təəccüblənirdilər. Çinli alim Syüy X. qərblilərdən fərqli və nisbətən sadə yanaşma tətbiq edərək tənəzzüldən intibaha keçidi milli xarakterin incəlikləri ilə izah edir. Syüya görə, çinli əsrlər boyu Konfutsi fəlsəfəsinin təsiri altında bütün şəxsi duyğularını - emosiyaları, sarsıntıları, vərdiş və maraqlarını insanlıq borcu qarşısında arxa plana keçirməyə alışıb. O kəs tərbiyəli sayılır ki, özündə humanist keyfiyyətləri ilə vətəndaş borcunu birləşdirə bilsin. Cəmiyyət qarşısında borc çinlini qəbul edilmiş çərçivələrdən kənara çıxmamağa, ailə qarşısındakı borc isə onu ehtiraslarını və arzularını cilovlamağa məcbur edir. Çinlilər öz təmkinli xarakterlərini içi qaynar, üstü isə soyuq olan termosa bənzədirlər. Çin xarakterinə əsas təsir edən amillər Konfutsian, Daoizm və bütpərəstlərin fəlsəfi baxışları, demokratik ənənələrin yerli-dibli yoxluğubirMao-Tszedunun irsi ilə bağlıdır. Onlar üçün avtobusda getməyin, muzeyi ziyarət etməyin də qaydaları var, rejimə ciddi riayət edirlər, səhər saat 5-də oyanır, tez yatır, ən yüksək dövlət məmurundan fəhləyə kimi hamı ruhu və bədəni möhkəmləndirən idmanı sevir, təvazökarlığın geyim və həyat tərzlərində, zənginliyin isə mənəvi dəyərlərdə qorunmasına üstünlük verirlər.

Bu gün minillikləri arxada qoyan Çin artıq keçmişin illüziyaları ilə yaşamır, əksinə müasir dövrün çağırışları ilə uzlaşan ənənəvi dəyərlərə söykənir. Ölkənin nəbzi iqtisadi islahatların miqyası və tempi ilə ölçülür. 2020-2050-ci illərə kimi iqtisadiyyatın mükəmməlləşməsinə yönlənən proqramlar qəbul edən Çin hökumətinin başlıca məqsədi ölkə iqtisadiyyatının köklü şəkildə, büsbütün yenidən qurulmasına nail olmaqdır. Ən böyük diqqət kiçik sahibkarlığa ayrılır. Bütün iqtisadi məsələlərə Çin Kommunist Partiyası nəzarət edir. O, ölkədə nüfuz sahibidir, sıralarında müntəzəm olaraq təmizləmələri həyata keçirir. Lakin partiyanın nüfuzu onun sıralarının arzuolunmaz ünsürlərdən təmizlənməsi prosesi ilə yox, qədim Çin fəlsəfəsi ilə bağlıdır. Miladdan əvvəl VI-V əsrdə yaşayan Çin filosofu Konfutsiyə görə hər bir insan həyatında Göyün yazdığı qismətə görə öz vəzifəsini yerinə yetirməlidir: “Hökmdar hökmranlıq, ata atalıq, oğul da oğulluq borcunu yerinə yetirməlidir”. Yəni ali vəzifədə oturanlar xalqa xidmət etməyə borcludurlar. Yuxarıda duranlara hörmət olunur və onların tənqid olunması məqbul sayılmır. Çin Kommunist Partiyası da hökmdarı əvəz edən bir qurum kimi xalq tərəfindən rəğbətlə qarşılanır. Bu məsuliyyət hissini dərk edən partiya da xalqın taleyinə biganə deyil, islahatlara meyilli, yeniliklərə açıq, müasir dünya təcrübəsinə həssasdır.

2003-cü ildən başlayaraq kiçik sahibkarlıq Çində sürətlə inkişaf edir, müəssisələrin rentabelliyi və dövlət büdcəsinə daxil olan vergilər artır. Bu artım başlıca olaraq kiçik sahibkarların sayının çoxalması hesabına baş verir. Ölkədə qabiliyyətli əhalinin 60 faizi bu sektorda çalışır. Ucuz işçi qüvvəsi kiçik biznesə dünya bazarlarında çalışan ən böyük şirkətlərlə ciddi rəqabətə girməyə imkan verir. Kiçik sahibkarlar istehsal etdiyi innovativ məhsulların və elmi ixtiraların həcminə görə ölkənin elmi mühərriki kimi qiymətləndirilir. Belə ki, ölkədən ixrac edilən məhsulların böyük qismi kiçik müəssisələr tərəfindən istehsal olunur.

Bir neçə il əvvəl hökumət maliyyə tutumlu müəssisələrin kiçik müəssisələrə çevrilməsinə qərar verdi. Ümumiyyətlə, kiçik biznesin inkişafı ölkədə bir neçə istiqamətdə gedir. Elektron cihazları və proqram təminatları istehsal edən müəssisələr dövlətin diqqət mərkəzindədir. Sahibkarlar da innovasiya texnologiyalarının inkişafında fəaldırlar. Patentlərin 65, istehsal olunan yeni məhsulların 80 faizindən çoxu, vergi daxilolmalarının yarısı və ixracın ümumi həcminin 60 faizindən çoxu kiçik müəssisələrin payına düşür. Çində kiçik müəssisələrin əksəriyyətində 100 nəfərdən az adam çalışır, böyük kollektivli orta müəssisələr isə cəmi 1 faizdir. Kiçik sahibkarlıq əsasən xidmət sahəsini əhatə edir, lakin Çin iqtisadçıları hesab edirlər ki, 2020-ci ildə bu sektorda istehsal olunan məhsullar ÜDM-in 60 faizini təşkil edəcək.

Çin hökuməti yeni yerlərinin yaradılmasında əsas rol oynayan kiçik sahibkarların inkişafına xüsusi diqqət yetirir, onlara dəstək vermək məqsədilə iqtisadiyyatı və vergi ödəmələrini tənzimləyən qanunvericilik aktlarını təkmilləşdirir. Məsələn, “Kiçikorta sahibkarlığın inkişafını stimullaşdırmaq haqqında qanun” 2002-ci ildən kiçik müəssisələrə kreditləşmədə, investisiyaların ayrılmasında, istehsalın təkmilləşdirilməsində, elmtutumlu layihələrin tətbiqində böyük müəssisələrlə bərabər imkanlar yaradır.

Ölkədə həmçinin kiçik və orta sahibkarları dəstəkləyən dövlət fondları onlara kreditlərin verilməsində qarant öhdəlikləri və girov təminatları ilə çıxış edirlər. Bu məqsədlə büdcə vəsaitləri hesabına formalaşanKiçikorta sahibkarlığın inkişaf fondu” yaradılmışdır. Bu qurum iri sahibkarlarla rəqabətdə zəif olan kiçik sahibkarların maraqlarını iqtisadiyyatın bütün istiqamətlərində qoruyur, onlar üçün müəyyən vergi güzəştləri və əlavə maliyyə mənbələri təşkil edir. 2002-ci ildə kiçik sahibkarlığın stimullaşdırılması məqsədilə qəbul edilən qanun kiçikböyük müəssisələrin hüquqlarını bərabərləşdirir. Kiçik biznesi dəstəkləyən, vergiləri güzəştlə ödəməyə və qeydiyyat zamanı bürokratik maneələri aşmağa imkan verən qanunların siyahısı uzundur. İnkişafİslahatlar üzrə Milli Komissiya ölkədə kiçik biznes ideyasının əsas keçiricisi və aparıcısı kimi belə müəssisələrin fəaliyyəti haqqında statistik məlumatları toplayır, vacib dövlət qərarlarının qəbul olunmasının təşəbbüskarı kimi çıxış edir. Onun araşdırmaları əsasında kiçik biznesin müəyyən sahələri stimullaşdırılır. Bundan başqa, tender auksionları kiçik müəssisələrə müəyyən məhsulların istehsalına və xidmətlərin göstərilməsinə dövlət sifarişləri almalarına imkan verir.

Biznesin Koordinasiyası və Kooperasiyası üzrə Çin Mərkəzi də kiçik sahibkarlara dəstək verir, yerlixarici mütəxəssislərlə əməkdaşlıq üçün xüsusi şəraitlər yaradır. 2001-ci ildə yaradılan Dövlət Məlumat Xidməti isə (CSMEO) sahibkarları kiçikorta biznesin fəaliyyəti ilə bağlı məsləhət xarakterli məlumatlarla təmin edir. CSMEO şəbəkəsi Çinin bütün regionlarını əhatə edir, kiçikorta sahibkarlığın inkişafı, əmək bazarındakı vəziyyət, mövcud qanunvericilikdəki dəyişikliklər, elm və texnikanın son nailiyyətləri, texnoloji kəşflərlə bağlı məlumatları yubanmadan saytındakı səhifəsinə yerləşdirir.

Ölkədə sahibkarlara ən yüksək səviyyədə texniki yardım da edilir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən vətəndaş xüsusi saytların, elektron kitabxanaların köməyi ilə peşəkar məlumatlarla təmin olunur, xarici mütəxəssislərin iştirakı ilə keçirilən müxtəlif tədbirlərdə və videoseminarlarda iştirak edə, Çinin və dünyanın aparıcı mütəxəssislərinin məsləhətlərini istədiyi vaxt ala bilir.

Bütün bunlardan başqa, kiçik sahibkarları həmçinin Kredit Təminatı Fondu dəstəkləyir. Uğurla yaradılan texnoparklar dövlət tərəfindən dəstəkləndiyi üçün innovasion inkişafa dəstək verir. Çində istehsal sahələri ilə bağlı problemyoxdur. Belə ki, ölkədə intensiv tikinti gedir, icarə haqları isə bir çox ölkələrdən xeyli aşağıdır. Bu minvalla kiçik sahibkarların yerlə bağlı ən vacib xərcləri xeyli azalır. Ölkə ərazisində yaradılan çoxsaylı azad iqtisadi zonalar xarici investorların diqqətini cəlb edərək iqtisadiyyatın inkişafına əlavə təkan verir.

Şərq dövlətlərinin əksəriyyəti, o cümlədən Çinislahatlara arxa çevirmir, onları Qərbdən daha fərqli bir tərzdə - vətənpərvərlik şüarları altında həyata keçirir. Çinlilər ölkələri ilə fəxr edir, onu sevironun inkişafı üçün əllərindən gələni əsirgəmirlər. Burada psixoloji amillər daha güclüdür. Çində hökmdara, ailəyə, valideynlərə sədaqət müqəddəs dəyərlərin sırasındadır. Bu, hökmdardan tutmuş adi vətəndaşa kimi hamı üçün eyni dərəcədə müqəddəsdir. Hər bir çinli problemlərinin həlli üçün ölən valideynlərinin ruhuna dua edir, qurban verir. Konfutsi deyirdi ki, kəbin adətlərini pozsanız ailə dağılacaq və pozğunluq baş alacaq, adətləri və ənənələri məhv etsəniz uşaqlar nəinki ölən və hətta diri qalan valideynlərinin qayğısını çəkməyəcəklər: “Hər şey qarışacaq və xaos yaranacaq”. Artıq 2500 ildir ki, çinlilər ailə dəyərlərini göz bəbəyi kimi qoruyur, qismətləri onlardan dönməsin deyə valideynlərinin ruhuna dualar edir, qurban kəsirlər.

Belə çıxır ki, çinlilər ailə dəyərlərində bizə xeyli yaxındır. Maraqlısı odur ki, bu ölkə qapılarını qloballaşan dünyanın yeniliklərinə açmaqla yanaşı, min illik dəyərlərini də Quran ayəsi kimi qorumağı bacarır. Belə bir qənaətə gələ bilərik ki, məhz yeniliklərə həssaslıq və ənənələrə sədaqət Çinin inkişafına təkan verir. Bu baxımdan Azərbaycanda da milli-mənəvi dəyərlərin qorunması istiqamətində atılan ciddi addımlar, qəbul edilən vacib qərarlar bizi öz kökümüzə, keçmişimizə bağlamaqla yanaşı, gələcəyimizi qurmaq, iqtisadi qüdrətimizi artırmaq üçün möhkəm bünövrə, özül rolunu oynaya bilir.

Çinlilərin həyat tərzinə gəldikdə isə nazir üçün də, sıravi işçi üçünnizam-intizam vacibdir. Qədimdən Çin imperatorlarının sarayında dövlət qulluqçusu vəzifəsinə işə götürülmək üçün mütləq Konfutsi fəlsəfəsini dərindən bilmək və imtahan vermək lazım idi. Bu amil müasir Çində peşəkarcasına və ənənələrə sədaqətlə qulluq edən bürokratik aparatın yaradılmasına səbəb olmuşdur. Bu gün Çində ən yüksək ranqlı məmur da qabaqcıl dünya təcrübəsinə həssas və diqqətlə yanaşır, onu çevik tətbiq edir. Nəticədə dövlət sürətlə inkişaf edir, dünya iqtisadiyyatına öz töhfələrini verir. Çinin Asiyada yüksək texnologiyaların ixracında Yaponiya kimi dövləti arxada qoyaraq qitənin liderinə çevrilməsi bu ölkənin hələ çox uğurlara imza atacağından xəbər verir.

Tənəzzül illərindən fərqli olaraq ixracyönümlü iqtisadiyyat, sərhədlərin xarici investorlara açılması da öz müsbət rolunu oynayır. Yeni inkişaf modeli iqtisadiyyatın elmi-texniki tutumunun artmasını, ən son məlumat-kommunikasiya texnologiyalarının, sənaye logistikasının müasir sxemlərinin tətbiqini özündə ehtiva edir. Çinin inkişafında coğrafi mövqeyi, zəngin təbii resursları da az rol oynamır.

Lakin bütünlükdə Çin iqtisadiyyatının müasir inkişaf təcrübəsi həddən artıq sadədir. Yaşı 2 min ildən az olmayan Konfutsi fəlsəfəsi, daoizm və bütpərəstlikdə müsbət nə varsa sintez edərək təbiətinə hopduran Çin həm də qloballaşan dünyaya qollarını çəkinmədən açaraq yalnız iqtisadi inkişafına təkan verən vacib saydığı yenilikləri qəbul edir. Dao fəlsəfəsinin əsasını “İnsanı Yer idarə edir, Yeri göy idarə edir, Göyü Dao idarə edir, Dao isə özü-özünü idarə edir” şüarı təşkil edir. Çinbu gün Dao kimi göyləri idarə etməklə yanaşı, özünü də idarə edir. Bütün bütpərəstlər kimi taleyin sınaqlarına mətinliklə dözməyə, çətinliklərə davam gətirməyə də hazırdır.

 

Bahadur İMANQULİYEV,

 

Azərbaycan. - 2015.- 18 dekabr.- S. 6.