Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 377
Bakı şəhəri, 8 dekabr 2015-ci il
“Dövlət Toxum Fonduna toxumun tədarükü,
saxlanılması və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında
“Toxumçuluq
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 569 nömrəli Fərmanının
3-cü hissəsinin dördüncü abzasına əsasən,
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
1.
“Dövlət Toxum Fonduna toxumun tədarükü,
saxlanılması və istifadəsi Qaydaları” təsdiq edilsin (əlavə
olunur).
2. Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu qərardan irəli gələn
məsələləri həll etsinlər.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2015-ci il
8 dekabr tarixli 377 nömrəli qərarı ilə təsdiq
edilmişdir
Dövlət Toxum
Fonduna toxumun tədarükü, saxlanılması və istifadəsi
QAYDALARI
1. Ümumi müddəalar
1.1.
Bu Qaydalar “Toxumçuluq haqqında” Azərbaycan
Respublikası Qanununun 15-ci maddəsinin üçüncü
abzasına əsasən hazırlanmışdır və Azərbaycan
Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
(bundan sonra-Dövlət Sifarişçisi) tabeliyində
Dövlət Toxum Fonduna (bundan sonra-Fond) kənd təsərrüfatı
bitkilərinin yüksək məhsuldar sortlarının
toxumlarının tədarükü, saxlanılması və
istifadəsi ilə bağlı məsələləri tənzimləyir.
1.2. Bu
Qaydalarda istifadə edilən toxum anlayışı sortun təkrar
istehsalı üçün bitkilərin generativ (toxum) və
vegetativ (çilik, ting, şitil, soğanaq, kök
yumruları və s.) orqanı mənasını ifadə edir.
1.3. Fondatədarük
edilən toxum Azərbaycan Respublikasının mülkiyyətidir.
2. Fonda toxumun tədarükünün
təşkili və saxlanılması
2.1. Fonda
“Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun
15-ci maddəsinin ikinci abzasınauyğun olaraq, dövlət
reyestrinə daxil edilmiş sortların dövlət
standartlarının tələblərinə cavab verən
Dövlət Sifarişçisinin elmi-tədqiqat və tədris
müəssisələrində, təcrübə təsərrüfatlarında,
eləcə də dövlət və özəl
toxumçuluq subyektlərində istehsal olunan, habelə idxal
edilən orijinal, superelit, elit, 1-ci və 2-ci reproduksiyalı
toxumlar tədarük edilir.
2.2.
Dövlət Sifarişçisi hər il
Fonda orta bazar qiymətləri nəzərə alınmaqla,
toxum tədarükü barədə kütləvi informasiya
vasitələrində elan dərc etdirir.
2.3. Dövlət
Sifarişçisi tərəfindən Fonda toxumun tədarükü
bu Qaydaların şərtlərinə uyğun olaraq və Azərbaycan
Respublikasının Mülki Məcəlləsində nəzərdə
tutulmuş qaydada satıcılarla (malgöndərənlərlə)
müqavilə bağlanılması yolu ilə həyata
keçirilir.
2.4. Fonda
toxum tədarükü zamanı mühafizə olunan sortun
patent sahibinin seleksiya nailiyyətləri haqqında
qanunvericilikdə nəzərdə tutulan
hüquqlarının qorunması ilə bağlı məsələlərin
tənzimlənməsi satıcının (malgöndərənin)
üzərinə düşür.
2.5. Tədarük
üçün satıcı (malgöndərən) tərəfindən
təklif olunan toxumun Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi yanında Bitki
Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə
Dövlət Xidmətinin Toxumun
sertifikatlaşdırılması laboratoriyası tərəfindən
verilmiş sortluq və səpin keyfiyyətini təsdiq edən
uyğunluq sertifikatı olmalıdır.
2.6. Fonda
2-ci reproduksiyadan aşağı toxumun tədarük edilməsinə
yol verilmir.
2.7. Fonda
toxum tədarükü edilərkən, toxumçuluq və
fitosanitar nəzarəti sahəsində Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş tələblər nəzərə
alınmalıdır.
2.8. Fonda
tədarük edilən toxumlar sortlar üzrə
qablaşdırılmalı və etiketləşdirilməlidir.
Etiketdə bu Qaydalara 3 nömrəli əlavədə
qeyd edilən məlumatlarla yanaşı uyğunluq və
fitosanitar sertifikatları və toxumların mənşəyi
(istehsal edildiyi ölkə) barədə məlumatlar göstərilməlidir.
2.9. Yerli
toxumun qəbulu üçün satıcı (malgöndərən)
sortluq və səpin keyfiyyətini təsdiq edən
uyğunluq sertifikatının və Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən
verilmiş fitosanitar sertifikatının surətlərini Fonda
təqdim etməlidir.
2.10.
Ölkə daxilində satıcıdan (malgöndərəndən)
Fonda toxumun qəbulu barədə nümunəsi Dövlət
Sifarişçisi tərəfindən müəyyən edilən
qəbul aktını 3 nüsxədə olmaqla, Dövlət
Sifarişçisinin nümayəndəsi, satıcı
(malgöndərən), saxlanma məntəqəsinin rəhbəri
və ya onu əvəz edən şəxs imzalayırlar. Müvafiq sənədlər əlavə olunmaqla,
imzalanmış aktın bir nüsxəsi malgöndərəndə,
bir nüsxəsi Dövlət Sifarişçisində, bir
nüsxəsi isə saxlanma məntəqəsində
qalır.
2.11.
İdxal edilən toxumun qəbulu üçün
aşağıdakı sənədlər tələb olunur:
2.11.1. gömrük bəyannaməsi;
2.11.2. toxumun istehsal edildiyi ölkənin müvafiq səlahiyyətli
orqanları tərəfindən verilmiş uyğunluq,
fitosanitar və mənşə sertifikatları;
2.11.3. idxal karantin icazəsinin
surəti.
2.12.
İdxal edilən toxumun qəbulu barədə nümunəsi
Dövlət Sifarişçisi tərəfindən müəyyən
edilən qəbul aktını 2 nüsxədə olmaqla,
Dövlət Sifarişçisinin nümayəndəsi,
saxlanma məntəqəsinin rəhbəri və ya onu əvəz
edən şəxs imzalayırlar. Müvafiq sənədlər
əlavə olunmaqla, imzalanmış aktın bir nüsxəsi
Dövlət Sifarişçisində, bir nüsxəsi isə
saxlanma məntəqəsində qalır.
2.13. Fonda
tədarük olunan toxum bu Qaydalara 1 nömrəli əlavədə
nəzərdə tutulmuş tələblərə əməl
edilməklə, Dövlət Sifarişçisinin məntəqələrində
(anbarlarında) saxlanılır.
2.14. Dövlət Sifarişçisinin
saxlanma məntəqələri (anbarları)
çatışmadıqda, həmin məhsul müqavilə əsasında
bu Qaydalara 2 nömrəli əlavə ilə müəyyən
edilmiş tələblərə cavab verən hüquqi və
fiziki şəxslərə məxsus saxlanma məntəqələrində
(anbarlarında) saxlanılır.
2.15.
Saxlanma məntəqələri hər ay saxlanılan toxumun həcmi
haqqında Dövlət Sifarişçisinə onun təsdiq
etdiyi formaya uyğun hesabat təqdim edirlər.
2.16. Təbii
itkilər (quruma, yerdəyişmə və digər səbəblərdən
yaranan itkilər) nəticəsində Fondda saxlanılan toxumun
miqdarında azalma barədə saxlanma məntəqəsi tərəfindən
Dövlət Sifarişçisi məlumatlandırılır
və müəyyən edilmiş itki faktı
aktlaşdırılaraq toxumun ümumi həcmindən silinir.
2.17. Təbii
itkilər nəticəsində silinmiş toxum Fondun gəlirləri
hesabına Dövlət Sifarişçisi tərəfindən
yenisi ilə əvəz edilir.
2.18.
Fondda saxlanılan toxum Dövlət Sifarişçisi tərəfindən
sığorta olunur.
3. Fonda tədarük edilən toxumun
istifadəsi
3.1. Fonda
tədarük edilən toxumdan kənd təsərrüfatı
məhsulları istehsalçılarını kənd təsərrüfatı
bitkilərinin yüksək məhsuldar sortlarının
toxumları ilə təmin etmək,təbii
fəlakətə məruz qalan bölgələrdə bitki
toxumlarına olan ehtiyacı ödəmək və daxili
bazarda toxum çatışmazlığının
qarşısını almaq məqsədi ilə istifadə
olunur.
3.2.Təbii fəlakətin (sel, yanğın, quraqlıq
və s.) nəticələrinin aradan qaldırılması ilə
əlaqədar Fondda saxlanılan toxumdan istifadəyə Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarı ilə yol
verilir.
3.3. Fondda
saxlanılan
toxumun satış məqsədi ilə istifadəsi
alıcı tərəfindən onun dəyəri əvvəlcədən
ödənildikdən sonra həyata keçirilir.
4. Fonda tədarük edilmiş toxumun
yenilənməsi
4.1. Xəstəlik
və zərərvericilərin sirayət etməsi nəticəsində
Fonda tədarük edilmiş toxumun xarab olma təhlükəsi
yarandıqda, həmin toxum yenisi ilə əvəz edilir. Bu
halda saxlanma məntəqəsi rəhbərinin və ya onu əvəz
edən şəxsin, Dövlət Sifarişçisinin, Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti
üzrə Dövlət Xidmətinin Toxumun
sertifikatlaşdırılması laboratoriyasının, Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin və
Fondun yerləşdiyi inzibati ərazi üzrə rayon (şəhər)
kənd təsərrüfatı idarəsinin nümayəndəsinin
iştirakı ilə akt tərtib olunur.
4.2. Fonda
tədarük edilən və müvafiq bitki üzrə səpin
müddəti başa çatdıqdan sonra qalıq kimi
saxlanılan və yenidən istifadəyə buraxılması
nəzərdə tutulan toxumun (bundan sonra - qalıq toxum) keyfiyyət
göstəriciləri müvafiq dövlət standartlarına
uyğun olmalıdır.
4.3. Fondda
saxlanılan qalıq toxumun səpin materialı kimi istifadəsi
(satılması) bazar qiymətləri ilə həyata
keçirilir.
4.4.
Qalıq toxumun keyfiyyət göstəriciləri müəyyən
edilmiş dövlət standartlarına uyğun olmadıqda, əmtəəlik
məhsul kimi istifadə edilir (satılır).
4.5.
Qalıq toxumun əmtəəlik məhsul kimi istifadəsi barədə
qərar Dövlət Sifarişçisi tərəfindən qəbul
edilir. Bu halda həmin toxumun maya dəyəri və
satış qiyməti arasındakı fərq Fondun vəsaiti
hesabına ödənilir.
4.6. Fondda
saxlanan kimyəvi və bioloji preparatlarla işlənilmiş
qalıq toxumun keyfiyyət göstəriciləri dövlət
standartlarına uyğun olmadıqda, həmin qalıq Dövlət
Sifarişçisinin qərarı ilə silinir və onun dəyəri
Fondun vəsaiti hesabına ödənilir.
5. Fondun fəaliyyətinin maliyyə
təminatı
5.1. Fondun
vəsaiti aşağıdakı mənbələr
hesabına formalaşdırılır:
5.1.1.
Fondun fəaliyyətinin təmin edilməsi, habelə yüksək
məhsuldar sortların toxumunun istehsalının və tədarükünün
həyata keçirilməsi üçün dövlət büdcəsindən
ayrılan vəsaitlər;
5.1.2.
Fondda saxlanılan toxumun istifadəsindən əldə olunan vəsait;
5.1.3. dövlət və qeyri-hökumət təşkilatları,
habeləhüquqi və fiziki şəxslər tərəfindən
könüllü olaraq ödənilən ianələr;
5.1.4. qanunvericiliklə müəyyən edilmiş
digər mənbələrdən daxilolmalar.
5.2. Fondun
vəsaiti onun hesablaşma hesabında yığılır və Dövlət
Sifarişçisinin təsdiq etdiyi gəlir və xərclər
smetası əsasında istifadə olunur.
5.3. Fondun
vəsaitlərinin xərc istiqamətləri
aşağıdakılardır:
5.3.1. Fonda toxumun tədarük edilməsi
və saxlanılması;
5.3.2.
Fondun işçilərinin əməkhaqqının ödənilməsi;
5.3.3.
Fondun fəaliyyətində iştirak edən işçilərin
mükafatlandırılması (Fondun vəsaitinin 5 faizindən
çox olmamaq şərtilə);
5.3.4. ştatdankənar ekspertlərin və məsləhətçilərin
əməyinin ödənilməsi və
stimullaşdırılması;
5.3.5.
Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq,
işlərin yerinə yetirilməsi üçün tələb
olunan texnoloji qurğuların, cihazların, nəqliyyat vasitələrinin
və digər avadanlıqların alınması;
5.3.6.
Fondun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində
digər xərclərin ödənilməsi.
Qeyd. Fonda daxil olan vəsaitdən Fondun fəaliyyət istiqamətlərinə
uyğun olaraq, elmi-praktiki konfransların və tədbirlərin
keçirilməsi, elmi-tədqiqat, təcrübi-metodiki
işlərin aparılması, eləcə də beynəlxalq
təcrübənin öyrənilməsi məqsədi ilə
istifadə edilə bilər.
5.4. Tədarük
edilmiş toxumdan istifadə barədə hər ilin
yekunlarına görə Fond tərəfindən hesabat
hazırlanır və Dövlət Sifarişçisinə təqdim
olunur.
5.5. Fondun il ərzində
istifadə olunmamış vəsaiti növbəti ilin
hesabına keçirilir.
“Dövlət
Toxum Fonduna toxumun tədarükü, saxlanılması və istifadəsi
Qaydaları”na
1 nömrəli əlavə
Məntəqələrdə
(anbarlarda) toxumun saxlanılmasınaolan tələblər
1. Toxumun
Fondda saxlanılması
bir vegetasiya ili müddətinə nəzərdə
tutulur.
2. Toxumun
tədarükü və saxlanılması kompleks tədbirlər
planı olub, toxumun səpin keyfiyyətinin (cücərməsi,
təmizliyi, nəmliyi) saxlanılmasına, toxumun yenidən nəmlənməsinin,
zibillənməsinin və xarab olmasının aradan
qaldırılmasına yönəldilir.
3. Səpin
üçün hazır olan toxumlar anbar zərərvericilərindənzərərsizləşdirilmiş,
nəmlikdən, zibillənmədən və xarab olmadan
qorunması mümkün olan döşəməli, arakəsməli
anbar, konteyner və silos tipli toxumsaxlayıcılarda
saxlanılır.
4. Toxum
anbarda açıq (topa) halda, kisədə (elit və 1-ci
reproduksiyalı) və kağız torbalarda (orijinal)saxlanıla bilər. Elit və
1-ci reproduksiyalı toxumların açıq
saxlanılmasına icazə verilmir.
5.
Saxlanmaya qəbul olunmuş toxumlar bitkilər, sortlar,
kateqoriyalar və partiyalar üzrə yerləşdirilir.
6. Toxumun
məntəqələrdə (anbarlarda) saxlanılması
üçün nəmliyi kondisiyalı olmalıdır. Kondisiyaya çatdırılmış toxumlar
toxumsaxlayıcıda toxumun aid olduğu temperaturda, onu əhatə
edən havanın nəmliyində saxlanılır.
7. Əgər
toxum materialı açıq-topa halında saxlanılarsa, toxum
partiyası bir-birindən təcrid edilmiş bölmələrdə
olmalıdır. Bölmələrin altı
taxta ilə döşənməlidir. Tığın
hündürlüyü 2-3 m-dən artıq olmamalıdır.
8.
Toxumları kisədə saxlayan zaman kisələr döşəmədən
ən azı 15 sm hündürlükdə olan taxta palitralar
üzərində sıra ilə düzülərək, topa
halında yığılır. Sıralar
divardan ən azı 70 sm məsafədə olmalıdır.
9.
Texnoloji əməliyyatlar və toxumun vəziyyəti barədə
müşahidələr aparmaq məqsədi ilə,
sıralar arasındakı məsafə 1,5
m-dən az olmamalıdır. Toxum kisələrinin
sırasının uzunluğu toxumsaxlayıcı anbarın
sahəsindən və toxum partiyasının həcmindən
asılıdır. Sıranın
hündürlüyü dənli, sünbüllü,
qarğıdalı və noxud üçün (toxumun nəmliyi
14 %-dən çox olmamaq şərtilə) 15 sıra ola bilər. Kisələrin sıraya
düzülməsi və daşınmasınınmexanikləşdirilməsi
nəzərdə tutulduqda, sıralar arasındakı məsafə
ən azı 2,5 m olmalıdır. Sırada kisələrin üst-üstə
düzülüşü hündürlüyü 8 kisədən
artıq olmamalıdır.
10.
Sıraya vurulmuş kisələrin yeri hər 4-6 aydan bir dəyişdirilir.
Bu zaman ən üstdəki kisələr alt
sıraya, alt sıradakı kisələr isə yuxarı
yığılmalıdır.
11. Silos
tipli saxlayıcılarda tığın hündürlüyü 5 m-ə qədər ola bilər.
“Dövlət
Toxum Fonduna toxumun tədarükü, saxlanılması və
istifadəsi Qaydaları”na
2 nömrəli əlavə
Toxum saxlanılan
məntəqələrə (anbarlara) dair tələblər
1. Toxum
saxlanılan məntəqələr (anbarlar), digər köməkçi
bina və qurğular aşağıdakı sanitar və
texniki tələblərə cavab verməlidir:
1.1. toxum müvafiq texniki avadanlıqlarla təchiz
edilmiş işlək vəziyyətdə olan metal və ya
beton konstruksiyalarda (anbarlarda)
saxlanılmalıdır;
1.2. toxum saxlanılan məntəqənin
(anbarın) ətrafı daş
divarla və ya digər mühafizə materialları ilə
hasarlanmalı, məntəqənin (anbarın), bina və
qurğuların işlək hissələri asfaltla və ya
beton örtüklə örtülməlidir;
1.3. bina və qurğularda texniki təhlükəsizlik
tədbirləri görülməli, yararsız dam
örtükləri təmir olunmalı, ərazidə atmosfer
çöküntülərinin və yeraltı qrunt
sularının axıdılması müvafiq vasitələrlə
təmin edilməlidir;
1.4. bina və qurğuların normal
işıqlandırılma və daimi havalandırma sistemi
olmalıdır;
1.5. toxumun tədarükünə
başlanılmazdan əvvəl bina və qurğularda xəstəlik
və zərərvericilərə qarşı təmizləmə
və dezinfeksiya işləri aparılmalıdır;
1.6. toxum saxlanılan məntəqədə işlək
və saz vəziyyətdə toxum yükləyən və
boşaldan vasitələr olmalıdır;
1.7. hər bir toxum
saxlanılan məntəqə (anbar) toxumun keyfiyyətinə nəzarət
məqsədi ilə müvafiq cihaz və avadanlıqlarla
(şup, termoştanq, psixometr), etiketlərlə, plomblarla,
bütün toxum materialını etiketləmək
üçün blanklarla təmin olunmalıdır.
“Dövlət
Toxum Fonduna toxumun tədarükü, saxlanılması və
istifadəsi Qaydaları”na
3 nömrəli əlavə
Qablaşdırılmış
toxumun qeydiyyata alınması
1.
Saxlanılması nəzərdə tutulan toxum
partiyasının üzərinə etiket
yapışdırılır.
2. Toxumun
üzərindəki etiketdə aşağıdakı məlumatlar
qeyd edilir:
2.1. bitki;
2.2. sort (populyasiya, xətt, hibrid, valideyn forma);
2.3. kateqoriya (reproduksiyalı toxum nəsli
üçün);
2.4. məhsul ili;
2.5. partiyanın nömrəsi (nəzarət
vahidi);
2.6. fraksiyanın nömrəsi (kalibra olunmuş
toxumlar üçün);
2.7. qablaşdırılmış vahidin kütləsi,
netto;
2.8. toxumda olan qarışıqların faizlə
miqdarı (“qarışıq toxum” partiyaları
üçün);
2.9. toxumun mənşəyi;
2.10. dərmanlayıcının və zər (pərdə)
əmələgətirən maddənin adı;
2.11. toxum sənədlərinin nömrəsi (daxilə
qoyulmuş etiketdə göstərməmək olar);
2.12. qəbul olunmuş standartın işarə
olunması;
2.13. toxumun qablaşdırılması tarixi.
3. Göstərilən məlumatlar
müntəzəm olaraq qabın üzərində (kisədə,
konteynerdə və s.), silinməyən boya və ya digər
vasitələrlə yazılmalıdır. Bu
etiket toxumun daxilinə qoyulmur.Qablaşdırılmış
toxumun daxilinə qoyulan etiketdə ancaq bitkinin adı, sort və
toxum partiyasının nömrəsi göstərilir.
4. Orijinal
toxumlarda bənövşəyi, elit toxumlarda ağ, hibrid və
1-ci reproduksiyalı toxumlarda mavi, 2-ci reproduksiyalı və
ondan sonrakı nəsillərdə qırmızı,
qarışıq toxumlarda isə yaşıl rəngdə etiketlərdən
(yarlıklardan) istifadə olunur.
5. Dərmanlanmış və
qablaşdırılmış hər bir toxumun üzərinə
“Dərmanlanmışdır! Zəhərlidir!” xəbərdaredici
qeydyazılır. Belə toxumlar təcrid olunmuş binalarda
müvafiq sanitar qaydalara əməl edilməklə saxlanılır.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan. - 2015.- 19 dekabr.- S. 1.