Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 371 Bakı
şəhəri, 1dekabr 2015-ci il
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 8 iyun tarixli 108 nömrəli
qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq
fəaliyyəti ilə məşğul olan şəxslərin
(işçilərin) sertifikasiyası Qaydası”nda dəyişikliklər
edilməsi barədə
Azərbaycan
Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli 108
nömrəli qərarı ilə (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 6, maddə 553) təsdiq
edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti
ilə məşğul olan şəxslərin (işçilərin)
sertifikasiyası Qaydası”nda aşağıdakı dəyişikliklər
edilsin:
1. 2.7-ci bənd
aşağıdakı redaksiyada verilsin:
“2.7.
Sertifikasiya Şurası:
2.7.1. səhiyyə mütəxəssislərinin
sertifikasiyasının aparılmasını təşkil edir;
2.7.2. sertifikasiya imtahanlarının suallar toplusunu təsdiq
edir;
2.7.3. sertifikasiya işinə cəlb olunmuş
mütəxəssislərin fəaliyyətinin əsaslarını
və iş qaydasını müəyyən edir;
2.7.4. sertifikasiya imtahanlarının yekunu üzrə
səhiyyə mütəxəssislərinə şəhadətnamə
verilməsi məsələsini həll edir;
2.7.5. sertifikasiya imtahanının aparılması və
nəticələri ilə bağlı ərizə və
şikayətlərə baxır;
2.7.6.
Şuranın iclaslarında baxılan məsələlər
üzrə qərarlar qəbul edir, bu qərarların
icrasına nəzarət edir.”.
2. 2.8-ci bənd
aşağıdakı redaksiyada verilsin:
“2.8. Səhiyyə mütəxəssislərinin
sertifikasiyası aşkarlıq və şəffaflıq şəraitində
həyata keçirilir. Səhiyyə mütəxəssisləri test və
klinik (təcrübi) tapşırıq hissələrindən
ibarət suallar vasitəsilə sertifikasiya imtahanına cəlb
edilirlər.”.
3.
2.13-cü bəndin ikinci cümləsində, 2.14-cü və
2.15-ci bəndlərdə ismin müvafiq hallarında “test və
müsahibə” sözləri ismin müvafiq hallarında
“sertifikasiya imtahanı” sözləri ilə əvəz
edilsin.
4. 2.17-ci
bənddə “test imtahanlarını və müsahibələri”
sözləri “sertifikasiya imtahanlarını” sözləri ilə,
ikinci cümləsində “sertifikasiya prosesini” sözləri
“sertifikasiya imtahanını” sözləri ilə, “test
imtahanı və ya müsahibə üçün Nazirliyə”
sözləri “Nazirliyə sertifikasiya imtahanına” sözləri
ilə, 2.18-ci bənddə “test imtahanının və
müsahibənin” sözləri “sertifikasiya imtahanının”
sözləri ilə əvəz edilsin.
5.
3-cü hissə aşağıdakı redaksiyada verilsin:
“3.
Sertifikasiya imtahanı
3.1.
Sertifikasiya imtahanının keçirilməsinə 30 (otuz)
gün qalmış imtahana cəlb olunan hər bir şəxs
Sertifikasiya Şurasının internet səhifəsində bu
barədə məlumat yerləşdirmək yolu ilə və
imtahana cəlb olunan şəxslərin təqdim etdikləri
mobil telefon nömrələrinə sms göndərməklə,
yaxud elektron poçt ünvanlarına yazmaqla məlumatlandırılır.
3.2.
Sertifikasiya imtahanına cəlb edilən hər bir səhiyyə
mütəxəssisinə şəxsi eyniləşdirmə
kodu verilir. Şəxsi eyniləşdirmə
kodu rəqəmlə ifadə olunur və imtahan zamanı
şəxsin anonimliyinin qorunmasına xidmət edir.
3.3.
Sertifikasiya imtahanına cəlb edilən hər bir şəxsə
imtahana buraxılış vərəqəsi və yaddaş
kitabçası verilir. İmtahana
buraxılış vərəqəsinə imtahanda iştirak
edən şəxsin fotoşəkli
yapışdırılır və orada şəxsi eyniləşdirmə
kodu, imtahan keçirilən ünvan, tarix, vaxt, auditoriyanın
nömrəsi göstərilir. İmtahana
buraxılış vərəqəsinə şəxsin
adının, soyadının və şəxsiyyətini
müəyyən edən digər məlumatların
yazılmasına yol verilmir. Bu qaydanı
pozmuş şəxs imtahandan kənarlaşdırılır.
3.4.
Sertifikasiya imtahanına gələn şəxslər imtahana
buraxılış vərəqəsini və şəxsiyyət
vəsiqəsini özləri ilə gətirməlidirlər. Göstərilən sənədlərin biri
olmadıqda, həmin şəxs imtahana buraxılmır.
3.5.
Sertifikasiya imtahanının keçirilməsini təmin etmək
məqsədi ilə Sertifikasiya Şurası imtahan rəhbərini
və imtahan nəzarətçilərini təyin edir.
İmtahan nəzarətçilərinin sayı hər
auditoriya üzrə iki nəfərdən az
olmamalıdır.
3.6.
Sertifikasiya imtahanında yol verilməyən hərəkətlər,
habelə imtahana gətirilməsi qadağan edilən əşyaların
siyahısı Sertifikasiya Şurası tərəfindən
müəyyən olunur və yaddaş kitabçasına daxil
edilir.
3.7. Şəxs
sertifikasiya imtahanının keçirilmə qaydalarını
pozduqda imtahanın rəhbəri və nəzarətçi tərəfindən
bu barədə akt tərtib edilir və həmin şəxs
imtahandan kənarlaşdırılır. Müvafiq
pozuntular imtahan başa çatdıqdan sonra aşkar edilərsə,
həmin şəxsin imtahan nəticələri Sertifikasiya
Şurası tərəfindən ləğv edilir.
3.8.
Sertifikasiya imtahanının sualları iki hissəyə (test və
klinik tapşırıq) bölünür və məxfilik
gözlənilməklə, Sertifikasiya Şurası tərəfindən
üç mürəkkəblik dərəcəsi üzrə
tərtib edilir. Hazırlanmış suallar
toplusunda sualların sayı imtahanda istifadə ediləcək
sualların sayından azı 10 (on) dəfə çox
olmalıdır. Suallar toplusu hər il
10-20 faiz yeniləşdirilir.
3.9.
Sertifikasiya Şurası imtahan suallarının test hissəsinə
dair düzgün cavabların siyahısını tərtib
edir və məxfiliyin gözlənilməsi şərtilə
xüsusi ayrılmış yerdə saxlanılmasını təmin
edir.
3.10.
İmtahan suallarının test hissəsi informasiya
texnologiyaları və xüsusi optik cihazlar vasitəsilə
oxunan və 60 (altmış) sualdan ibarət olan sual vərəqəsində
qeyd olunur. Sual vərəqəsinə daxil edilən
sualların mürəkkəblik üzrə proporsiyası
Sertifikasiya Şurası tərəfindən müəyyən
edilir.
3.11.
İmtahan suallarının klinik tapşırıq hissəsi
sertifikasiyaya cəlb edilən səhiyyə mütəxəssisinin
ixtisasına aid, habelə onun praktiki bilik səviyyəsini və
peşə vərdişlərini müəyyən edən 5 (beş) klinik tapşırıqdan ibarət olur
və sual vərəqəsində qeyd olunur. Klinik
tapşırıq hissəsi üzrə sualların məzmunu
test imtahanında verilən sualların məzmunundan fərqlənməlidir.
3.12.
Sertifikasiya imtahanının sualları bilavasitə imtahan
başlamazdan əvvəl aşkarlıq şəraitində
ümumi suallar toplusundan seçilir və 2 (iki) müxtəlif
variantda hazırlanır. Bunun üçün
suallar toplusu olan zərf müşahidəçilərin
iştirakı ilə açılır və kompüterə
daxil edilir. Kompüter verilmiş proqrama uyğun olaraq
ümumi sual bankından 2 (iki) müxtəlif variantda 60
(altmış) test sualını və 5 (beş)
klinik tapşırıq sualını seçir. Seçilmiş suallar sual kitabçası şəklində
mətbəə üsulu ilə imtahanda iştirak edənlərin
sayına uyğun olaraq çoxaldılır və imtahan verənlərə
paylanılması üçün imtahan rəhbərinə
verilir.
3.13.
İmtahan rəhbəri nəzarətçi və
müşahidəçi ilə birlikdə cavab kartları zərfinin
möhürünü açır, şəxsi eyniləşdirmə
kodu ilə şifrələnmiş cavab kartlarını sual
kitabçalarına uyğun olaraq ayırır. Cavab kartları imtahan verənlərə
paylanılır və onların doldurulması qaydaları izah
edilir. Daha sonra sual kitabçaları
paylanılır.
3.14.
Sertifikasiya imtahanı üç saat müddətində
keçirilir. İmtahan zamanı fasilə
verilmir.
3.15.
Sertifikasiya imtahanının başlanma vaxtı suallar
paylanılıb qurtardığı andan hesablanır. İmtahan bir neçə auditoriyada keçirildikdə
hər auditoriyada imtahanın başlanma vaxtı həmin
auditoriyada sual kitabçası paylanılıb
qurtardığı andan hesablanır.
3.16.
İmtahan suallarının test hissəsi üzrə cavab
kartında düzgün cavabın yerləşdiyi hərfli
dairə qara və ya tünd göy rəngdə yazan diyircəkli
qələmlə doldurulmalıdır. Korlanmış
cavab kartı dəyişdirilmir. Bir suala
aid olan bir neçə dairə qaralanarsa, həmin cavab
etibarsız sayılır və ümumi nəticəyə
hesablanmır. İmtahan suallarının
klinik tapşırıq hissəsi üzrə cavab kartında
5 klinik tapşırığın sualları ardıcıl
olaraq qara və ya tünd göy rəngdə yazan diyircəkli
qələmlə cavablandırılmalıdır. Cavab kartı onu doldurmuş şəxs tərəfindən
imzalanır.
3.17.
Sertifikasiya imtahanının başa çatması barədə
protokol tərtib edilir. Protokol nəzarətçilər
və imtahan verən iki nəfər tərəfindən
imzalanır. Protokol və cavab kartları zərfə
qoyulur, möhürlənir, imtahan rəhbərinə verilir.
İmtahan rəhbəri möhürlənmiş
zərfi Sertifikasiya Şurasına təqdim edir.
3.18.
Sertifikasiya Şurası imtahan suallarının test hissəsi
üzrə cavab kartlarının yoxlanılmasını
informasiya texnologiyalarını tətbiq etməklə, klinik
tapşırıq hissəsi üzrə cavabların qiymətləndirilməsini
isə mütəxəssisləri cəlb etməklə təmin
edir. Cavabların yoxlanılmasının
bütün mərhələlərində imtahanda iştirak
edən şəxsə dair məlumatların məxfiliyi təmin
edilməlidir.
3.19. Test
hissəsi üzrə hər bir suala düzgün cavab bir balla
qiymətləndirilir (cəmi 60 (altmış) mümkün bal). Səhv cavablar və ya
sualın cavabsız qoyulması sıfır bala bərabər
tutulur və düzgün cavablara təsir göstərmir.
3.20. Klinik
tapşırıq hissəsi üzrə hər bir
tapşırıq mütəxəssis tərəfindən 0,
1, 2, 3, 4 və 5 baldan biri ilə qiymətləndirilir və
sonra hər bir tapşırıq üzrə verilən ballar
toplanılır (cəmi 25 (iyirmi beş)
mümkün bal).
3.21. Qiymətləndirmənin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə informasiya texnologiyaları vasitəsilə həyata keçirilir.
3.22. Cavab kartlarının yoxlanılması başa çatdıqdan sonra imtahanın nəticələri cavab kartları ilə birlikdə Sertifikasiya Şurasına təqdim edilir.
3.23. Sertifikasiya Şurası imtahanın nəticələrini imtahan keçirilən tarixdən 3 (üç) gün müddətində bəyan edir.
3.24. İmtahan suallarının test hissəsi üzrə 40 (qırx) və ya daha çox, klinik tapşırıq hissəsi üzrə isə 16 və ya daha çox bal toplamış şəxslər sertifikasiyadan keçmiş hesab olunurlar.
3.25. Sertifikasiya imtahanında iştirak etmiş hər bir şəxsə onun tələbi ilə imtahanın nəticəsi üzrə arayış verilir.
3.26. Sertifikasiya imtahanının nəticələrindən narazı qalan imtahan iştirakçısı bu barədə nəticənin ona elan olunduğu vaxtdan 5 (beş) gün müddətində mübahisəyə aydınlıq gətirilməsi üçün Sertifikasiya Şurasına müraciət edə bilər. Məsələ ərizəçinin iştirakı ilə araşdırılır.
3.27. Cavab kartı düzgün qiymətləndirildikdə, ərizəçiyə Sertifikasiya Şurası tərəfindən əsaslandırılmış rəsmi cavab verilir. Balların düzgün hesablanmadığı aşkar edildikdə, yenidən hesablanma aparılır.
3.28. Sertifikasiya Şurası imtahanla bağlı sənədlərin 1 (bir) il müddətində saxlanılmasını təmin edir.”.
6. 4-cü hissə ləğv edilsin.
7. 5-ci hissənin adı aşağıdakı redaksiyada verilsin:
“5. Sertifikasiya imtahanının nəticələri”
8. 5.1-ci bənddə “Test imtahanının və müsahibənin” sözləri “Sertifikasiya imtahanının” sözləri ilə əvəz edilsin.
9. 5.2-ci bənd aşağıdakı redaksiyada verilsin və 5.3-cü bənd ləğv edilsin:
“5.2. Sertifikasiyadan keçən şəxslərə sertifikasiya imtahanının bitdiyi gündən 5 (beş) iş günü müddətində sertifikasiya şəhadətnaməsi verilir, həmçinin şəhadətnamənin surəti onların təqdim etdikləri elektron poçt ünvanına göndərilir. Sertifikasiyadan keçmiş şəxslər 5 (beş) il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edirlər.”.
10. 6.1-ci bənddə “tədris” sözü “təhsil” sözü ilə əvəz edilsin.
11. 6.2-ci bənddə “mövcud qanunvericiliyə uyğun olaraq” sözləri “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq” sözləri ilə əvəz edilsin.
Artur
RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan. - 2015.- 19 dekabr.- S. 1.