Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 383                                    Bakı şəhəri, 17 dekabr 2015-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmişAzərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişikliklər edilməsi barədə

 

Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqındaAzərbaycan Respublikası Prezidentinin 2015-ci il 31 avqust tarixli 588 nömrəli Fərmanının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 9, maddə 693; 2001, ¹ 11, maddə 722; 2002, ¹ 3, maddə 148, ¹ 7, maddə 455, ¹ 10, maddə 635; 2003, ¹ 10, maddə 629; 2005, ¹ 4, maddə 386, ¹ 6, maddə 534, ¹ 8, maddə 782, ¹ 10, maddə 977, ¹ 11, maddə 1061, ¹ 12, maddələr 1228,1231; 2006, ¹ 3, maddə 297, ¹ 8, maddə 731, ¹ 9, maddə 830, ¹ 10, maddə 902, ¹ 11, maddə 994; 2008, ¹ 2, maddə 108, ¹ 4, maddə 316, ¹ 8, maddə 787; 2009, ¹ 2, maddə 148, ¹ 10, maddələr 846, 849, ¹ 12, maddə 1079; 2010, ¹ 6, maddə 555; 2011, ¹ 10, maddə 971; 2012, ¹ 3, maddə 263, ¹ 5, maddələr 489, 495, ¹ 7, maddə 777, ¹ 11, maddə 1206, ¹ 12, maddə 1354; 2013, ¹ 4, maddə 444, ¹ 5, maddə 578; 2014, ¹ 1, maddə 74, ¹ 5, maddələr 552, 589, ¹ 6, maddə 746, ¹ 8, maddə 1019, ¹ 12, maddə 1685) ilə təsdiq edilmişAzərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da aşağıdakı dəyişikliklər edilsin:

1. 49-cu hissənin birinci abzasındaarayış tələb edir daimisözləriməlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir ona uyğun olaraq həmin ünvandasözləri ilə əvəz edilsin.

2. 71-ci hissənin ikinci abzasındaarayış tələb edir sözləriməlumatı müvafiq informasiya sistemləri vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir ona uyğun olaraqsözləri ilə əvəz edilsin.

3. 102-ci hissənin üçüncü abzasındamənzil-istismar idarəsindən, rayon icra hakimiyyətindən ya ölənin yerindən verilən arayışsözlərimüvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edilən məlumatsözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan. - 2015.- 19 dekabr.- S. 3.