Azərbaycan
Respublikası apelyasiya məhkəmələri
hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Milli
Məclisinin Qərarı
Azərbaycan Respublikası Konstitusiyasının
95-ci maddəsinin I hissəsinin
10-cu bəndinə, 132-ci maddəsinin
II hissəsinə, “Məhkəmələr
və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun
94-cü maddəsinin ikinci
hissəsinə və
97-ci maddəsinin ikinci
hissəsinə uyğun
olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən
Azərbaycan Respublikasının
Milli Məclisi qərara alır:
1. Ali Məhkəmənin hakimi Tapdıq Şükür oğlu Mahmudov vəzifəsinin dəyişdirilməsi ilə
əlaqədar Gəncə
Apelyasiya Məhkəməsinin
hakimi təyin edilsin.
2.
2016-cı il yanvarın 1-də səlahiyyət
müddəti bitən
aşağıdakı hakimlər
Sumqayıt Apelyasiya Məhkəməsinin hakimləri
təyin edilsinlər:
Cəmilova Xəyalə Adil
qızı,
Zeynallı Fərmayıl Gülmalı
oğlu.
3.
2016-cı il yanvarın
1-də səlahiyyət müddəti
bitən Kəmalə
Nəbi qızı Abiyeva Bakı Apelyasiya Məhkəməsinin
hakimi təyin edilsin.
4.
2016-cı il yanvarın
1-də səlahiyyət müddəti
bitən Rafael Əmir
oğlu Eyvazov Şirvan Apelyasiya Məhkəməsinin hakimi
təyin edilsin.
5. Bu qərarın 1-ci bəndi
imzalandığı gündən,
2-4-cü bəndləri 2016-cı il yanvarın
1-dən qüvvəyə minir.
Oqtay ƏSƏDOV,
Azərbaycan Respublikası Milli
Məclisinin Sədri
Azərbaycan. - 2015.- 19 dekabr. - S. 2.