Azərbaycanda kənd təsərrüfatı kooperasiyası yaradılacaq

 

Dekabrın 18-də Milli Məclisin növbəti plenar iclası keçirildi.

Milli Məclisin Sədri Oqtay Əsədov gündəlikdəki qanun layihələrinə keçməzdən əvvəl cari məsələlər üçün vaxt ayırdı. İclasda Helsinki Komissiyası tərəfindən ABŞ Konqresinə təqdim olunan və Azərbaycanın yüksək rütbəli məmurlarına qarşı sanksiyaların tətbiq olunmasını nəzərdə tutan layihə əsas müzakirə obyekti oldu. Məsələyə münasibət bildirən Oqtay Əsədov ABŞ Helsinki Komissiyasının sədri, konqresmen Kris Smitin ermənipərəst olduğunu bildirdi: “ABŞ konqresində Azərbaycanın dostları da var. Əminəm ki, o qanun layihəsi qəbul edilməyəcək. Bu məsələnin indiki vaxtda müzakirə edilməsinin yalnız bir açıqlaması var. Azərbaycan Prezidenti İlham Əliyev mütəmadi olaraq, əfv sərəncamı imzalayır. Bəzi insanların cəzaları azaldılır. Bu yaxınlarda, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində də əfv sərəncamının imzalanması gözlənilir. Onların məqsədi odur ki, sərəncam imzalandıqdan sonra desinlər ki, guya biz bu məsələyə təsir edə bildik. Ona görə də bu məsələlərə böyük diqqət göstərməməliyik. Amma biz onların niyyətləri ilə görmürük. Təklif edirik ki, məsələ ilə bağlı jurnalistlər ABŞ səfirliyinə müraciət etsinlər, qoy açıqlama verilsin ki, görək, bu bəyanat Amerika dövlətinin mövqeyidir, yoxsa hansısa adi bir ermənipərəst deputatın?”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə qeyd etdi ki, bu layihə ABŞ konqresinin mövqeyi deyil, ermənipərəst konqresmenin təxribatıdır, erməni lobbisinin təsiri və maddi dəstəyi ilə həyata keçirilir.

Deputatlardan Sahib Alıyev, Fəzail Ağamalı, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Zahid OrucElmira Axundova da bu məsələyə münasibət bildirdilər. Qeyd olundu ki, sözügedən layihə bir qrup ermənipərəstin ortaya atdığı növbəti araqarışdırma planıdır.

Sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanıldı. Əvvəlcə “Azərbaycan Respublikası ilə Çex Respublikası arasında strateji tərəfdaşlıq haqqında birgə Bəyannamənin təsdiq edilməsi” barədə qanunun layihəsi haqqında məlumat verildi. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov dedi ki, Azərbaycanla Çex Respublikası arasında əlaqələrin inkişaf etdirilməsi bizim üçün əhəmiyyət kəsb edir. Bu layihədə Çex Respublikası ilə bir çox sahələr üzrə strateji tərəfdaşlıq edilməsi nəzərdə tutulur. Bu sənəd, həmçinin Azərbaycanın Avropada nüfuzunun artmasına xidmət edəcək. Qanun layihəsi səsə qoyularaq qəbul edildi.

Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən “Azərbaycan Respublikasının Hökuməti ilə Vyetnam Sosialist Respublikasının Hökuməti arasında hava əlaqəsi haqqında” və “Azərbaycan Respublikasının Hökuməti ilə Vyetnam Sosialist Respublikasının Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” sazişlərin təsdiq edilməsi barədə qanunun layihələrini isə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə təqdim etdi. Onun sözlərinə görə, Vyetnam ilə aviasiya əlaqələrinin genişləndirilməsi, bu istiqamətdə təhlükəsizlik, sənədləşmə və sair məsələlər layihədə öz əksini tapır. Həmçinin gömrük məsələləri ilə bağlı əməkdaşlıq da mahiyyət etibarı ilə eynilik təşkil edir.

Deputatlardan Aydın Mirzəzadə və İlham Əliyev Vyetnamda Azərbaycana qarşı böyük maraq olduğunu diqqətə çatdırdılar. Bildirildi ki, Vyetnam dövləti iqtisadi, siyasi, eləcə də enerji sahəsində Azərbaycanla əməkdaşlıq etmək istəyir. Bu baxımdan təqdim olunan hər iki layihə müsbət dəyərləndirilməlidir. Qanun layihəsi səsə qoyularaq qəbul edildi.

Sonra Ziyad Səmədzadə “Azərbaycan Respublikasının Hökuməti ilə San Marino Respublikasının Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini təqdim etdi. Vurğuladı ki, bu saziş San Marino Respublikası ilə iqtisadi əlaqələrin genişləndirilməsinə xidmət edəcək. Layihə təsdiq olundu.

Gündəlikdə olan “Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında turizm sahəsində əməkdaşlığa dairSazişin təsdiq edilməsi barədə qanun layihəsini isə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli təqdim etdi. O, bu sənədi zamanın ciddi tələbi kimi qiymətləndirdi. Dedi ki, Azərbaycanın iqtisadi inkişafı ölkənin turizm sahəsini genişləndirməyi tələb edir. Bu baxımdan, Argentina ilə əməkdaşlıq xeyli dərəcədə əhəmiyyətlidir. Çünki bu ölkənin turizm sektorunda böyük təcrübəsi var. Qanun layihəsi qəbul edildi.

Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov isə “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizonqarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədə məlumat verdi. Bildirdi ki, sənəd qanunvericilik təşəbbüsü qaydasında Prezident İlham Əliyev tərəfindən parlamentə göndərilib: “Məqsəd hərbçilərin dəfn mərasimlərinin təşkili və keçirilməsinin prosedur qaydalarının təkmilləşdirilməsidir. 1994-cü ildə qəbul edilən nizamnamənin 18-ci fəsli yeni redaksiyada verilib. Burada bildirilir ki, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar vəfat etmiş hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış 20 ildaha çox xidmət etmiş alibaş zabitlərin, “Şöhrət” ordeni və “Şah İsmayıl” ali hərbi ordeni ilə təltif edilmiş həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmış və qanunlarda nəzərdə tutulmuş digər şəxslərin dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilir. Ehtiramın göstərilməsi zamanı hərbçilərin tabutu Azərbaycanın Dövlət bayrağı ilə örtüləcək. Dəfn mərasiminə dəvət olunmuş müxtəlif dövlət orqanları və QHT nümayəndələrindən ibarət fəxri qarovul düzülə bilər. Habelə, şəhid adını almış hərbi qulluqçuların xatirəsinə ehtiram əlaməti olaraq hərbi hissələrdə xüsusi guşə yaradılacaq və onlar haqqında məlumat veriləcək”.

Nizamnaməyə dəfn mərasimlərinin təşkili və qaydaları adlı 16 saylı əlavə də daxil edilib. Əlavədə vəfat etmiş hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər barədə məlumatlandırma, onların əşyaları, cənazənin dəfn yerinə gətirilməsi, dəfn mərasiminin keçirilməsi və digər məsələlər öz əksini tapıb.

Qanun layihəsi barədə deputatlardan Siyavuş Novruzov, Əli HüseynliAqil Abbas öz fikir və təkliflərini səsləndirdilər. Qeyd olundu ki, sözügedən düzəlişlər hərbi islahatların tərkib hissələrindən biridir və hərbçilərimizə göstəriləcək böyük ehtiramı nümayiş etdirəcək. Layihə qəbul edildi.

Z.Əsgərov qeyd etdi ki, “Dəniz limanları haqqında” qanunun qəbul edilməsi ilə əlaqədar olaraq bir neçə qanunlara əlavə və düzəlişlər olunub. Bunlar “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi barədə”, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə”, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 saylı Qanunu ilə təsdiq edilmişAzərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”ndə dəyişikliklər edilməsi barədə”, “Sərhəd qoşunları haqqında” qanunda dəyişiklik edilməsi barədə”, “Notariat haqqında” qanunda dəyişikliklər edilməsi barədə”, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə”, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” qanunda dəyişiklik edilməsi barədə”, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanunda dəyişikliklər edilməsi barədə”, “Dövlət rüsumu haqqında” qanunda dəyişikliklər edilməsi barədə”, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 337-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda dəyişikliklər edilməsi barədə” və “Təbii inhisarlar haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanunun layihələridir. Bu layihələrin hər biri ayrılıqda səsə qoyularaq qəbul edildi.

Gündəlikdə olan digər məsələlərə - “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanunda dəyişiklik edilməsi barədə”, “Xidməti və mülki silah haqqında” qanunda dəyişikliklər edilməsi barədə”, “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə”, “Yerin təki haqqında” qanunda dəyişikliklər edilməsi barədə” və “Bələdiyyələrin su təsərrüfatı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihələrinə də redaktə xarakterli düzəlişlər edilib. Bu layihələr də ayrı-ayrılıqda səsə qoyularaq təsdiq edildi.

“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi barədə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verdi. Bildirdi ki, təqdim olunan layihə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Sənədə əsasən, torpaqdan müvəqqəti istifadə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli müvəqqəti istifadə - 15 ilədək müəyyən edilə bilər. Uzunmüddətli müvəqqəti istifadə xüsusi mülkiyyətdə olan torpaqlar üçün - 15 ildən 99 ilədək, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə 15 ildən 49 ilədək müəyyən edilə bilər.

Bu məsələ ilə bağlı deputatlardan Fazil Mustafa, Elmira Axundova, Fəzail Ağamalı, Zahid OrucAdil Əliyev fikir və təkliflərini səsləndirdilər. Sənəd səsə qoyularaq qəbul edildi.

Sonra parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının İnzibati Xətalar və Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri barədə məlumat verərək bildirdi ki, bu, Torpaq Məcəlləsinə edilən dəyişkliyə uyğunlaşdırmaq məqsədi daşıyır. Dəyişikliyə görə, Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri ilə bağlı tələblərin pozulmasına görə fiziki şəxslər 4 min manat, vəzifəli şəxslər 8 min manat, hüquqi şəxslər 40 min manat cərimələnir. Bu, təkrar törədildikdə isə fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat miqdarında cərimələnəcək. Qanun layihəsinə əsasən, Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanın qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlana bilər. Yalnız dövlətin iqtisadiya təhlükəsizlik mənafelərinin təmin edlməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin torpaq sahələrinə gediş-gəliş məhdudlaşdırıla bilər.

İclasda həmçinin “Tütüntütün məmulatı haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Pambıqçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə layihələr də müzakirə edildi. MM-in Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov hər 3 sənədlə bağlı məlumat verərək bildirdi ki, tütünya tütün məmulatları genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnolojigen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunduqda hüquqifiziki şəxslər tərəfindən tütününtütün məmulatının idxalına yol verilmir. Digər əlavəyə görə, tütünya tütün məmulatları genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnolojigen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunduqda tütününtütün məmulatlarının satışı qadağan olunur.

Həmçinin, şərabçılıq məhsullarının istehsalında genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnolojigen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilmir. Genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnolojigen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunan şərabçılıq məhsullarının Azərbaycana idxalına yol verilmir, ölkədə pərakəndə satışı qadağan olunur, aşkarlandıqda dövriyyədən götürülür.

Eyni zamanda bundan sonra ölkədə genetik modifikasiya olunan bitkilərdən, yaxud müasir biotexnolojigen mühəndisliyi metodları ilə yaradılan kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunan pambığın və pambıq məhsullarının Azərbaycanda satışına, istifadəsinə və idxalına yol verilməyəcək.

Hər 3 sənəd səsə qoyularaq qəbul edildi.

Gündəlikdəki 31 və 32-ci məsələlər - Azərbaycan Respublikasının “Şah İsmayıl” ordeninin statusunun və təsvirinin təsdiq edilməsi haqqında” və “Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə layihələr idi. Hər iki sənədlə bağlı məlumat verən Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, layihəyə əsasən, hər iki qanun layihəsinin müvafiq maddəsində “qızıl suyuna çəkilmiş” sözləri “qızıldan” sözləri ilə əvəz edilir. Yəni hər iki medala layiqli yenilik edilir. Dəyişikliklər deputatlar tərəfindən müsbət qiymətləndirildi.

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihələri barədə isə Milli Məclisin İqtisadi siyasət və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Bildirdi ki, dəyişikliklərə əsasən, avtonəqliyyat vasitəsinə dəyən zərərin tənzimlənməsi üzrə əlavə tələb müəyyənləşib. Belə ki, yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir. Qeyd edək ki, bu, hər iki avtomobil qəza etdikdə və hər ikisi icbari sığortalı olduğu halda mümkündür.

Dəyişikliyin digəri isə nağdsız dövriyyənin artırılmasını nəzərdə tutur. Sığorta vasitəçiləri sığortalılardan nağd şəkildə qəbul etdikləri sığorta haqlarını müvafiq sığortaçının hesabına nəzərdə tutulmuş informasiya sistemi ilə inteqrasiya olunmuş ödəniş sistemi vasitəsilə köçürəcək. Yəni sığorta vasitəçiləri tərəfindən nağd formada təqdim olunan sığorta haqları sığortaçının bank hesabına, yəni sığortaçıya nağd pul şəklində deyil, bank vasitəsilə onun hesabına ödəniləcək. Bu ödəniş sistemi İcbari Sığorta Bürosuna bütün ödəmələr, müvafiq sığortaçıya isə onun hesabına köçürülmüş ödəmələr barədə sığorta nəzarəti orqanının müəyyən etdiyi formada elektron hesabat əldə etmək imkanı verməlidir.

Komitə sədri dəyişikliklərin sığorta bazarında qanunun aliliyinin daha da təkmilləşdirilməsinə xidmət edəcəyini söylədi. Hər iki sənəd səsverməyə çıxarılaraq qəbul edildi.

İclasda Azərbaycan Respublikasının Mülkiİnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrinə edilən texniki dəyişikliklər də təsdiqləndi.

“Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə və “Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” qanun layihələri ətrafında isə maraqlı müzakirələr açıldı. Sənədlə bağlı məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli öncə bildirdi ki, Milli Məclisin Daxili Nizamnaməsinə təklif edilən dəyişiklik layihəsinə əsasən, komitə sədrlərinə və deputatlara da parlamentin plenar iclaslarında növbədənkənar çıxış etmək hüququ verilir. Hazırkı nizamnaməyə görə isə Milli Məclisin iclasında növbədənkənar çıxış etmək hüququna Azərbaycan Prezidenti, Milli Məclisin Sədri və sədr müavinləri malikdir.

Yeniliyə əsasən deputatlar eyni anda iki komitənin üzvüola biləcəklər. Dəyişikliklərə əsasən, komitə sədrlərinə və deputatlara növbədənkənar çıxış etmək üçün söz Milli Məclisin Sədri tərəfindən verilə bilər.

Müzakirələr zamanı çıxış edən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirdi ki, deputatlara növbədənkənar çıxış imkanı verilməsi müsbət hal deyil. Onun fikrincə, qanun layihəsindəki köhnə variant qalmalıdır: “Bu məsələ necə tənzimlənəcək? Komitə sədrlərini başa düşmək olar. Amma burada 20 nəfər çıxışa yazılır. Söz verməyəndə deyirlər ki, daxili nizamnaməni pozursunuz. Veriləndə isə kənar çıxışlar olur”.

Milli Məclisin Sədri Oqtay Əsədov isə komitə sədrinin sualına cavab verərək qeyd etdi ki, söz vermək səlahiyyəti ona məxsusdur: “Hansısa deputat ezamiyyətə göndərilə bilər və o gələndə çıxış etmək istəyə bilər. Belə olan halda ona növbədənkənar çıxış imkanı verilməlidir və bu məsələ də mənim səlahiyyətimdədir”.

Deputat Fərəc Quliyev isə Milli Məclisdə Dağlıq Qarabağla bağlı komitənin yaradılmasının vacibliyini vurğuladı. Bildirdi ki, Hüquq siyasəti və dövlət quruculuğu komitəsi, Müdafiə, təhlükəsizlik və korrupsiya komitəsi ilə birlikdə köməkçi Qarabağ komitəsi yarada bilərlər.

Deputatlardan Çingiz Qənizadə, Tahir Kərimli, Fəzail İbrahimli, Musa Quliyev çıxış edərək bildirdilər ki, bu dəyişikliklər Milli Məclisin işinin daha təkmil aparılmasına şərait yaradacaq. Sənəd səsə qoyularaq qəbul edildi.

İclasda Azərbaycan Respublikası apelyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında Milli Məclisin qərarı da təsdiqləndi.

Gündəlikdəki sonuncu məsələ isə “Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi idi. Birinci oxunuşda müzakirəyə çıxarılan sənədlə bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov geniş məlumat verdi. 5 fəsil 15 maddədən ibarət olan qanun layihəsi kənd təsərrüfatı kooperasiyasının formalaşması və inkişafının, kənd təsərrüfatı kooperativlərinin təşkili və fəaliyyətinin hüquqi, iqtisadi əsaslarını müəyyən edir.

Qanunun məqsədi Azərbaycanda kənd təsərrüfatı kooperasiyasının formalaşmasına və inkişafına təkan vermək, kənd təsərrüfatı məhsulları istehsalçılarının könüllü birləşməsi əsasında iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal potensialından səmərəli istifadə etməklə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və məhsuldarlığı artırmaq, kooperasiya iştirakçılarının iqtisadi, sosial və digər maraqlarını qorumaqdır.

Kənd təsərrüfatı kooperasiyası - kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən öz maddisosial tələbatlarının ödənilməsi məqsədilə həyata keçirilən könüllü birgə fəaliyyət, kənd təsərrüfatı kooperativi - kənd təsərrüfatı məhsulları istehsalçılarının birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddisosial tələbatlarının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədi ilə yaradılan hüquqi şəxsdir.

Qanuna əsasən, illik istehsalın 60 faizdən az olmayan hissəsini bitkiçilik, heyvandarlıq, kənd təsərrüfatı və su bioresurslarından, o cümlədən onların məhsullarının emalından əldə edən kooperativ kənd təsərrüfatı kooperativinə aid edilir.

Kənd təsərrüfatı kooperasiyasının inkişafına dövlət dəstəyinin əsas istiqamətlərinə kooperativlər üçün sığorta mexanizminin təkmilləşdirilməsi, kooperativlərə və kənd sakinlərinə göstərilən maliyyə-kredit xidmətlərinin genişləndirilməsi, kooperativlərin güzəştli şərtlərlə kreditləşməsinin təmin edilməsi, kooperativlərin istehsal vasitələrinə olan tələbatının güzəştli lizinq şərtləri hesabına təmin edilməsi, kooperativlərə torpaq sahələrinin, gələcək məhsulların və tikinti obyektlərinin girov qoyulması yolu ilə kredit ayrılması və kooperativlər üçün kredit zəmanəti fondunun yaradılması daxildir.

Kooperativlər dövlət və bələdiyyə orqanları və hüquqi şəxslərlə birlikdə kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satış bazarlarının təşkilində iştirak edə və ya belə bazarları təşkil edə bilərlər. Kənd təsərrüfatı məhsulları bazarlarında kooperativlərə ticarət yerlərinin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Deputatlardan Elmira Axundova, Kamran Nəsibzadə, Vahid Əhmədov, Rafael Cəbrayılov, Bəxtiyar Əliyev, Rüstəm Xəlilov, Siyavuş Novruzov, Rüfət Quliyev müzakirə zamanı çıxış edərək öz fikir və təkliflərini səsləndirdilər. Qanun layihəsinin daha təkmil olması üçün birgə işçi qrupunun yaradılması təklifi də səsləndi. Çıxışlardan sonra qanun layihəsi birinci oxunuşda təsdiq olunduMilli Məclisin plenar iclası başa çatdı.

 

Rəşad BAXŞƏLİYEV,

 

Elgün MƏNSİMOV,

 

Azərbaycan. - 2015.- 19 dekabr.- S.1, 2.