ADA Universitetində Vaqif Mustafazadənin xatirə gecəsi keçirilib

 

ADA Universitetinin musiqi zalında Mədəniyyət Turizm Nazirliyi Vaqif Mustafazadənin ev-muzeyinin birgə təşkilatçılığı ilə caz-muğam üslubunun banisi, görkəmli bəstəkar pianoçu Vaqif Mustafazadənin xatirə gecəsi keçirilib.

ADA Universitetindən AZƏRTAC-a bildirilib ki, təhsil müəssisəsinin tələbə müəllim heyəti ilə yanaşı, ölkənin görkəmli incəsənət xadimlərini, gənc caz ifaçılarını bir araya gətirən bu gecədə Vaqif Mustafazadənin həyat yolu, Azərbaycanı bütün dünyaya tanıdan nadir istedadı barədə söhbət açılıb.

Xatirə gecəsində qonaqları salamlayan Xarici İşlər Nazirinin müavini, ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev bildirib ki, Universitetdə tədris edilən bütün ixtisaslar üzrə təhsil alan tələbələr Azərbaycanın tarixi, mədəniyyəti, onun dünya irsinə əvəzedilməz töhfələri barədə məlumatlı olmalıdır. ADA-da bu kimi tədbirlərin təşkil edilməsi məhz bu məqsəd daşıyır.

Böyük caz həvəskarı olan Hafiz Paşayev 6 nömrəli məktəbdə birgə oxuduqları Vaqif Mustafazadə barədə xatirələr danışıb. Qeyd edib ki, Azərbaycanın ABŞ-dakı səfiri olduğu dövrdəAmerikanın səsiradiosunda caz verilişlərinin məşhur aparıcısı Uliyam Konnoverin Vaqif Mustafazadə barədə dedikləri onu hər zaman qürurlandırıb.

Gecədə Vaqif Mustafazadənin ev-muzeyinin direktoru Afaq Əliyeva, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə, Vaqif Mustafazadənin sənət dostları Rafiq Seyidzadə, Cavan Zeynallı, Akif Süleymanbəyli çıxış ediblər. Dilarə Seyidzadə xüsusilə vurğulayıb ki, tək Azərbaycanda deyil, bütün dünyada etno-caz üslubunun banisi olan Vaqif Mustafazadəyə həsr edilmiş belə tədbirlər Azərbaycanın bütün ali təhsil ocaqlarında mütəmadi keçirilməli, Vaqif sənəti gənclərimiz arasında geniş təbliğ olunmalıdır.

Xatirə gecəsində Vaqif Mustafazadənin sənət dostlari, həmçinin Vaqif caz məktəbinin davamçıları Emil Əfrasiyab, Elçin Şirinov, Tofiq Həsənsoy caz musiqisi parçaları ifa ediblər.

Daha sonra Azərbaycan Beynəlxalq Məktəbinin yuxarı sinif şagirdi Mirmusa Seyidzadənin “The History of Jazz in Azerbaijan” kitabının təqdimatı keçirilib. Kitabda caz musiqisinin tarixi, onun Azərbaycanda musiqisevərlər tərəfindən qəbul edilməsi, sovet hakimiyyəti zamanı qadağan olunmasına baxmayaraq Tofiq Quliyev, Niyazi və başqalarının caz musiqisini yeni incəsənət meyli kimi tətbiq etmələri, Vaqif Mustafazadənin caz-muğam üslubunu yaratması, həmçinin Azərbaycanda müasir caz barədə geniş və ətraflı məlumatlar verilir.

 

Azərbaycan. - 2015.- 19 dekabr.- S.5.