Berndə Azərbaycan
və Ermənistan prezidentlərinin görüşü
olub
ATƏT-in
Minsk qrupunun həmsədrlərinin təşəbbüsü
ilə İsveçrə Konfederasiyasının Bern şəhərində
keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin
görüşündə iştirak etmək
üçün Bern şəhərində səfərdə
olan Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev ilə dekabrın 19-da Ermənistan Prezidenti Serj
Sarkisyan arasında görüş keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcə İsveçrə Federal hökumətinin üzvü, Xarici İşlər Departamentinin rəhbəri Didye Burkhalterlə görüşüb.
Görüşdən sonra birgə foto çəkdirilib.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın görüşü olub.
Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrə Konfederasiyasına səfəri dekabrın 19-da başa çatıb.
AZƏRTAC
Azərbaycan. - 2015.- 20 dekabr.- S.1.