Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:

 

Qasımov Nazim Akif oğlu

Mustafina Saniyə Əbdülrəhman qızı.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 dekabr  2015-ci il

 

Azərbaycan. - 2015.- 20 dekabr.- S.1.