Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 386 Bakı şəhəri, 17 dekabr
2015-ci il
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2002-ci il 29 aprel tarixli 72 nömrəli qərarı
ilə təsdiq edilmiş “Sağlamlıq
imkanları məhdud şəxslərin peşə-ixtisas
təhsili müəssisələrinə
qəbulu Qaydası”nda
dəyişiklik edilməsi
barədə
“Dövlət xidmətlərinin
göstərilməsində şəffaflığın artırılması,
yaşayış yeri
üzrə qeydiyyat və lisenziyalaşdırma
prosedurlarının elektronlaşdırılması
sahəsində bəzi
tədbirlər haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2015-ci il 31
avqust tarixli 588 nömrəli Fərmanının
10.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2002-ci il 29 aprel tarixli 72 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2002, ¹ 4, II kitab, maddə
213) ilə təsdiq edilmiş “Sağlamlıq
imkanları məhdud şəxslərin peşə-ixtisas
təhsili müəssisələrinə
qəbulu Qaydası”nın
3-cü hissəsinin altıncı
abzasında “yerindən”
sözü “yeri üzrə qeydiyyat haqqında” sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan. - 2015.- 20 dekabr.- S. 1.