Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 388 Bakı
şəhəri, 17 dekabr
2015-ci il
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 18
mart tarixli 84 nömrəli
qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının
vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi
Qaydası”nda dəyişiklik
edilməsi barədə
“Dövlət xidmətlərinin
göstərilməsində şəffaflığın artırılması,
yaşayış yeri
üzrə qeydiyyat və lisenziyalaşdırma
prosedurlarının elektronlaşdırılması
sahəsində bəzi
tədbirlər haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2015-ci il 31
avqust tarixli 588 nömrəli Fərmanının
10.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 18
mart tarixli 84 nömrəli
qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2015, ¹ 4, maddə
457) ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının
vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi
Qaydası”nın 3.5-ci bəndində
“Dövlət Miqrasiya
Xidmətində” sözləri
“sənədlər qəbul
edilərkən” sözləri
ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan. - 2015.- 20 dekabr.- S. 2.