Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 389 Bakı şəhəri,
17 dekabr 2015-ci il
Azərbaycan Respublikası Rabitə
və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Elektron Hökumət Təlim-Tədris
Mərkəzi” Məhdud
Məsuliyyətli Cəmiyyətinin
yaradılması haqqında
Azərbaycan Respublikası Konstitusiyasının
119-cu maddəsinin səkkizinci
abzasını rəhbər
tutaraq, əhalinin, dövlət qulluqçularının
və dövlət müəssisələrində çalışan işçilərin
informasiya texnologiyalarından
istifadə sahəsində
hazırlıq səviyyələrinin
artırılması və
elektron idarəçilik
üzrə bacarıqların
inkişaf etdirilməsi
məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində payları dövlətə
məxsus, özünümaliyyələşdirmə
prinsipi əsasında
fəaliyyət göstərən
“Elektron Hökumət
Təlim-Tədris Mərkəzi”
Məhdud Məsuliyyətli
Cəmiyyəti yaradılsın.
2. Azərbaycan Respublikasının
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu qərarın
1-ci hissəsi ilə yaradılmış “Elektron
Hökumət Təlim-Tədris
Mərkəzi” Məhdud
Məsuliyyətli Cəmiyyətinin
idarəetmə orqanının
yaradılmasını qanunvericilikdə
nəzərdə tutulmuş
qaydada təmin etsin.
3. Azərbaycan Respublikasının
Əmlak Məsələləri
Dövlət Komitəsi
“Elektron Hökumət
Təlim-Tədris Mərkəzi”
Məhdud Məsuliyyətli
Cəmiyyətinin Nizamnaməsinin
təsdiq edilməsi və dövlət qeydiyyatına alınması
üçün zəruri
tədbirlərin həyata
keçirilməsini təmin
etsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan. - 2015.- 20 dekabr.- S. 2.