Dayanmayan erməni terroru

 

Əsrin əvvəllərində erməni terror və vəhşiliklərinin şahidi olan tarixçi Rafael de Noqqalesin yazırdı ki, “...onlar əllərinə keçən bütün dinc müsəlmanları vəhşicəsinə qırıb çatırdılar”. Erməni faşist ideologiyası, onların mübarizə metodu haqda başqa bir tarixçi, gürcü alimi Q.Marxuliyanın yazıları da diqqəti cəlb edir. Ermənilərin fəaliyyətinin əsas istiqaməti bundan ibarət idi: “...insanları silahlandırmaq üçün bütün vasitələrə əl atmaq, ...toqquşmalar təşkil etmək və hökumət məmurlarını aradan götürmək, ...dövlət idarələrini talan etmək və dağıtmaq... Məqsədə çatmaq üçün hər şeyə icazə verilirdi: təbliğata, terrora, qiyama”.

Ermənistanın və erməni lobbisinin hər il aprel ayında qopardığı vay-şivən, uydurma soyqırımı iddiaları özünün pik nöqtəsinə gəlib çatır. Türkiyədən torpaq və təzminat davasına qalxan ermənilər və onların havadarları hər vəchlə tarixi faktları saxtalaşdırmaqda, ildən-ilə saxta soyqırımı qurbanlarının sayını, itkilərin həcmini get-gedə artırmaqdadırlar. Amma faktlardan qaçmaq mümkün deyil.

1914-cü ildə Türkiyənin Birinci Dünya müharibəsinə qoşulması ilə ermənilər güclü, qaçılmaz bir fakt qarşısında qaldılar: “böyük Ermənistan” yaratmaq istədikləri ərazilərin bir hissəsi Türkiyədə, o biri hissəsi almanlara və türklərə qarşı vuruşan Rusiyada idi. Nə etməli? Çox düşünmədən onlar özlərini antitürk qüvvələrin yanında gördülər.

 

Ermənilərin buraxdığı qəzetlər türkləri əzabla öldürərək analarını ağlatmağa çağırırdı...

 

Hərbi əməliyyatlar başlayan kimi Türkiyə parlamentinə Ərzurumdan deputat seçilən Qaro Basdırmacan əsasən ermənilərdən ibarət hərbi hissələrlə birlikdə rusların tərəfinə keçdi. Yeri gəlmişkən, türklər heç vaxt ermənilərin səmimiyyətinə inanmadıqları üçün tarix boyu onları orduya götürməzdilər. Həmin illərdə isə sultanlıq qismən məcbur olub onları da əsgəri xidmətə çağırmışdı. Bu da tezliklə öz acı nəticələrini verdi...

Qaronun başçılıq etdiyi dəstələr getdikcə daha da azğınlaşaraq türk kəndlərini dağıdır, əhalini amansızcasına qırıb-çatırdılar. Yerli müsəlman əhalinin - türklərin və kürdlərin bu azğınlığa cavabı isə ermənilər və onların xaricdəki havadarları tərəfindən “erməni xalqının soyqırımı” kimi qiymətləndirilirdi. XIX əsrin sonu - XX əsrin əvvəllərində Türkiyədə baş verən bu qanlı hadisələrlə əlaqədar ingilis tarixçisi Filip Prays yazırdı: “Müharibənin başlaması ilə bu rayonların erməni əhalisi (şərq vilayətləri nəzərdə tutulur) Qafqazdakı rus hakimiyyət orqanları ilə xəlvəti əlaqələr qurdular və hamıdan gizli türk vilayətlərindən rus ordusu üçün könüllülər toplamağa başladılar... Şərq vilayətlərində hərbi xidmətdən yayınmalar kütləvi xarakter almışdı. Rus zabitlərinin rəhbərliyi altında erməni fərarilərdən ibarət xeyli alay yaradılmışdı. Türk parlamentinin iki erməni deputatı Rusiyaya qaçmışdı. Ermənilərin buraxdığı qəzetlər qisasa, türkləri əzabla öldürərək analarını ağlatmağa çağırırdı. Ermənilərin etdiyi cinayətlər heç kəsdə şübhə doğurmur”. (M.P.Prise. A History of Turkey. - London, 1956, p. 91.)

Tək bir gündə - 21 fevral 1914-cü ildə Qarsda Ərdəhanda erməni quldur dəstələri tərəfindən 30 min türk qətlə yetirilmişdi. Körpələri alıb tonqala atır, öldürdükləri insanlara vəhşicəsinə əzablar verirdilər. Bu qətllərin bilavasitə başındaHnçakerməni terror təşkilatının gizli ideoloqu, türk parlamentinin deputatı Stepan Ter-Danielyan dururdu. Ermənilərin düşünülmüş fəaliyyət planı haqqında o vaxt Bitlis vilayətinin qubernatoru Mustafa bəy 3-cü Ordunun komandanına yazırdı: “Erməni liderlərin qərarına əsasən, hərbi əməliyyatlar başlayan halda erməni əsgərlər əldə silah düşmən tərəfə keçməlidirlər. Türk qoşunları uğur qazansa, ermənilər hərəkət etməyəcək, əksinə, əgər ordumuz geri çəkilsə, onların yaratdıqları partizan dəstələri qoşunların hərəkətinə maneələr törətməlidirlər.

Elə bu vaxtlar Sivas qubernatoru da məlumat verirdi ki, “ələ keçənlərin verdiyi məlumata görə, ermənilərin vilayətdə 30 000 nəfər silahlısı var ki, onların da yarısı artıq rus ordusu ilə birləşib. O biri yarısına isə arxadan türk qoşunlarına zərbə endirmək tapşırığı verilib”.

1915-ci ilin mayında rusların Şərqi Anadoluya hücumlarının gücləndiyi, ingilis fransızların Çanaqqala əməliyyatlarına başladığı bir dövrdə ermənilərdostlar”ının yazdığı ssenariyə uyğun olaraq Zeytun, Van Muşda ayağa qalxdılar. Mayın 6-da ermənilər monoetnik zona yaratmaq məqsədilə Van şəhərində müsəlmanları qırıb-çatdılar. Təkcə Van vilayətində erməni terrorçularının qətlə yetirdiyi dinc əhalinin sayı 3000 nəfərdən çox idi (“Azərbaycan azərbaycanlılarjurnalı, 2002). Yeri gəlmişkən, 22 iyun 1915-ci ildə rus hökumət qüvvələri Van şəhərinə daxil olduqda gördükləri mənzərədən dəhşətə gəldilər: şəhərin bütün müsəlman əhalisi - türklər, azərbaycanlılar, kürdlər ermənilər tərəfindən amansızlıqla qətlə yetirilmişdilər. Hətta hadisədən 8 gün sonra bütün bunların şahidi olmuş general Nikolayev hansısa Tero Xeço adlı ermənilərin rəhbərlik etdikləri quldur dəstələrinin vəhşiliklərindən hiddətlənərək yazırdı ki, onları topa tutmaq lazımdır...

İndi 5000 nəfərin qətlə yetirildiyi həmin yerdə türklərin Soyqırımı abidəsi ucalır.

Vandakı qırğınlar bununla bitmədi. Növbəti dəfə ermənilər 22 may 1916-cı ildə orada yenidən qırğınlar törətdilər. Erməni başkəsənləri 1000-dən artıq uşağı boğaraq öldürdülər. Belə vəhşiliyi bəşər tarixi xatırlamır. Meyitlərin qulaqları, burunları kəsilmiş, gözləri çıxarılmışdı. Budəfəki itkilərin sayı isə 15 min nəfəri adlamışdı.

1915-ci il mayın 9-da eyni şəkildə Bitlisdə 123 nəfər qətlə yetirildi. Erməniləringenosid günüdedikləri bu tarixin, göründüyü kimi, “erməni soyqırımı”na heç bir aidiyyəti yoxdur. Bu, türklərin, müsəlmanların genosid, soyqırımı günü kimi anılsa, daha düzgün olar.

Qaldı ermənilərin İranQafqaz cəbhəsindən ölkənin müxtəlif ərazilərinə köçürülməsinə, gürcü alim Q.Marxuliyanın ifadəsi ilə desək, “ermənilərin köçürülməsinə səbəb onların xəyanəti və qiyamları oldu. Ermənilərə elə gəlirdi ki, ələ keçirdikləri torpaqlar Birinci Dünya müharibəsindən sonra onlara qalacaqonlar orada müstəqil Ermənistan dövləti yaradacaqlar...” Ancaq türklər də yaxşı deyib: sən saydığını say...

 

Amerika tarixçilərindən C.K.Makkartinin tədqiqatlarına görə, XX əsrin əvvəllərində baş verən bu qanlı hadisələrdə 2,5... milyon müsəlman həlak olub

 

Türk hökumətinin qərarı ilə 24 aprel 1915-ci ildə bütün erməni komitələrinin fəaliyyəti dayandırıldı, bu təşkilatın 2345 nəfər rəhbər üzvü həbs edildi, erməni əhalinin bir qismi ölkədə əmin-amanlığı bərpa etmək məqsədilə Osmanlı dövlətinin ucqarlarına - Suriya, Livan, Fələstin torpaqlarına köçürüldü.

Bir faktı da vurğulamaq lazımdır: ermənilərin türk-müsəlman əhaliyə qarşı soyqırımları 1915-ci illə qurtarmadı, sonrakı illərdə daha da şiddətləndi. Bütün bu deyilənlərə faktların, statistikanın soyuq nəzərləri ilə baxmağa çalışaq:

8 may 1916-cı ildə Andronikin quldur dəstələri Tərcan qəzasının müsəlman kəndlərində 563 nəfəri məhv etdi.

11 may 1916-cı ildə quldurlar Malazgird şəhərində 20 000 nəfəri öldürərək uşaqları əzablar verdikdən sonra odda yandırdılar. Həmin vaxt Van yaxınlığındakı Köprüköy kəndində 200 nəfər erməni azğınlığının qurbanı oldu.

22 may 1916-cı ildə yenə həmin Van şəhərində ermənilər əhalini kütləvi şəkildə zəhərləyib yüzlərlə insanın ölümünə səbəb oldular. Elə həmin gün qaçqınlarla dolu Ergəl və Atiyan kəndlərinin yaxınlığında quldurlar 8000 nəfərin həyatına son qoydular.

23 may 1916-cı il. Van yaxınlığında Seyl kəndində əksəriyyəti uşaq, qoca və qadın olan 300 nəfər türk ermənilərin gülləsinə tuş gəldi.

1916-cı ilin iyununda Ədrəmid şəhərində 15000 nəfər öldürüldü. Quldur dəstələri patronlara qənaət etmək məqsədilə insanları ən dəhşətli üsullarla məhv edirdilər. Daşnak “qəhrəmanlar”ından biri bu “şücaət”i barədə deyirdi: “Mən heç nəyə məhəl qoymadan Basarkeçərdə bir türk kəndini yerlə yeksan etdim. Amma bəzən gülləyə heyfin gəlir. Bu itlərə qarşı ən yaxşı vasitə döyüşdən sonra bütün sağ qalanları quyulara doldurub üstdən ağır daşlar tökməkdir ki, bir də üzlərini görməyək. Mən belə də edirdim: bütün kişiləri və uşaqları yığıb quyulara doldururdum”.

Sonralar bütün bu cinayətlərə görə 1397 nəfər Türkiyənin ədalət məhkəmələri qarşısında dayandı. Onların bir çoxuna ölüm hökmü kəsildi. Amma erməni terrorunu dayandırmaq, axıdılan günahsız qanları saxlamaq mümkün olmadı. O qan indi də axmaqdadır.

 

Bəxtiyar QARACA,

 

Azərbaycan. - 2015.- 20 dekabr.- S.7.