Azərbaycan-Türkiyə incəsənətinin yeni uğuru

 

Bakıdan qardaş Türkiyəyə-Ankaraya uçuruq. Xatirələr məni bir ay öncə Beynəlxalq Muğam Mərkəzində keçən möhtəşəm konsertə aparır. ABİ-nın (Azərbaycan Bəstəkarlar İttifaqı), İLESAM (Türk Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi) və AYB (Azərbaycan Yazıçılar Birliyi) ilə birgə həyata keçirtdikləri “Mahnıdan-Şarkıya” adlı bu layihədə beş Azərbaycan şairinin sözlərinə beş türk bəstəkarı və beş türk şairinin sözlərinə beş Azərbaycan bəstəkarının yazdığı mahnılar-şarkılar səslənirdi. Konsertin özünəməxsus bir ab-havası vardı. Bu nəğmələrdə milli çalarlar, xallar qovuşaraq dəyərli türk sənətçiləri - Çiğdem Gürdalın, Elif Güreşçin ifasında şirin şivəylə Azərbaycan dilində səslənərək nə qədər doğmalıq yaradırdı.

Sanki müxtəlif ətirli çiçəklərdən toxunan bir çələngə bənzəyirdi bu konsert. Onun davamı TRT AVAZ-la canlı yayımlanacaqdı...

Azərbaycan nümayəndəliyinə başda ABİ-nın sədri, xalq artisti, professor, UNESCO-nunSülh naminə incəsənət xadimi” Firəngiz Əlizadə rəhbərlik edirdi. Heyətin tərkibinə əməkdar incəsənət xadimi, musiqişünas, professor Həcər Babayeva, ABİ-nın katibi, əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcov, əməkdar incəsənət xadimi, bəstəkar Həsənağa Adıgözəlzadə və xanımı, istedadlı pianoçu Ulduz Aslanova, Azərbaycan TeleviziyaRadiosunun C.Cahangirov adına xorun bədii rəhbəri və dirijoru Şəhla Ələkbərova və başqaları daxil idi.

Layihə çərçivəsində olduqca zəngin və əhatəli proqramda ilk ziyarət yerimiz ənənəyə hörmətlə, türk xalqına və onun böyük oğlu Atatürkə ehtiram hissini bildirərək Anıtkabıra- Atatürkün mavzoleyinə, oradan daİstiqlal marşı”nın müəllifi, böyük türk şairi Mehmet Akifin yaşadığı ev-muzeyi oldu. Əslində, görülən hər bir böyük işin əvvəlində müdrik insanlardan, ağsaqqallardan xeyir-dua alarkən o uğurla da davam edir. Bu, bir adətdir- böyüklərə olan ehtiram hissinin yaşantısıdır. AtatürkünMehmet Akifin ruhlarını ziyarət edərkən bu torpağa salam gətirib, sanki onların xeyir-duasını da almağa gəlmişdik. “Allah bir daha türk millətinə istiqlal marşını yazdırmağı nəsib etməsin”- sözləri isə Mehmet Akifin bu şeirlə bağlı dedikləriydi.

Layihəylə bağlı İLESAM-in təşkil etdiyi proqram o qədər maraqlı idi ki, düşünürdüm, hər bir detalı mümkün qədər qeydə alım.

Layihəylə bağlı verdiyi müsahibələrdən birində görkəmli bəstəkar Firəngiz Əlizadə onun yeniliyi və orijinallığını söyləyərək deyib: “Eksperiment kimi nəzərdə tutduğumuz bu ideya ulu öndərin “Bir millət, iki dövlət” sözlərinin gerçəkləşməsi oldu”.

Əslində, bu kəlam bütün görüşlərdə hər zaman bizi müşayiət edirdi. Mədəniyyət və incəsənətə olan qayğını sonrakı illərdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva davam edərək xalqımızın milli-mənəvi dəyərlərinin dünya miqyasında yayılmasına, yeni layihələrin keçirilməsinə hər zaman şərait yaradır. Bu layihənin birinci konsertinin məhz Muğam Məkəzində olmasının özü də rəmzi məna daşıyır. Muğam sənətinə böyük dəyər verərək onun yeni status alması da Azərbaycanın birinci xanımının adı ilə bağlıdır.

İLESAM-in Genel Başkanı Mehmet Parmaqsız Firəngiz Əlizadənin fikirlərini təsdiqləyərək: “Əsas məqsədimiz bu layihəni bütün türk dilində danışan dövlətlərdə keçirməkdir”-dedi. “Birinci addımı Azərbaycan torpağında atdıq. Layihənin həyata keçirilməsi bilavasitə Firəngiz xanımla bağlı oldu. O, bu layihənin gerçəkləşməsi ideyasına inandı. Müqavilə imzaladıq. Böyük əmək sərf olundu və nəticədə gözəl konsert alındı”.

Layihənin reallaşdığı 19 noyabr tarixində TRT AVAZ-ın binasında bayram əhval-ruhiyyəsi vardı. Şeirə, musiqiyə olan sevgi elə bil burada bir ovucun içinə toplanmşdı. Layihənin iştirakçılarından olan bəstəkar və şair Faruk Şahinin (Ankara dövlət klassik türk musiqi xor sənətçisi) çəkdiyi tanınmış sənət adamlarının rəsmləri də sərgilənərək görüşə gəlmişdilər. Layihə iştirakçıları və qonaqlar arasında nüfuzlu adamları Türkiyə kültürturizm başkanı Yalçın Topçu və Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov da vardı.

Konsertin girişində ürək sözləriylə bölüşən hörmətli başkan Yalçın Topçu ulu öndərin “Bir millət, iki dövlət” ifadəsilə bu möhtəşəm layihəni dəstəkləyərək: “Azərbaycanın hər bir uğurunun Türkiyənin və Türkiyənin eynən uğurunun Azərbaycanın uğuru, Azərbaycanın hər bir acısının Türkiyənin acısı və eynən Türkiyənin açısının Azərbaycanın olmasını”- söylədi. “Keçirilən hər bir layihədə hər zaman birik. Və bu çərçivədə olan işləri qorumalıyıq. Biz Azərbaycan deyəndə - “Can Azərbaycan” - deyirik. Türk dünyasının birliyionun vahid siyasikültür strategiyasından çıxış etməsi konsepsiyası türkdilli respublikalarda buya başqa şəkildə həmişə diqqət mərkəzindədir. Bu layihəni ən yüksək səviyyədə başa çatdırmaq gərəkdir”.

Azərbaycan nümayəndəliyi tərəfindən səhnəyə dəvət olunan ABİ-nın sədri, xalq artisti Firəngiz Əlizadə dəyərli qonaqları salamladı: Biz öz istəyimizi, arzularımızı ürəklərə yol tapan mahnılar-şarkılarla çatdırıb, həm də bir-birimizi daha da dərindən öyrənərək dil birliyimizi şeirinmusiqinin müxtəlif rəng çalarlarında göstərmək istəmişik. Gözəl musiqi axşamını yaşayırıq və düşünürəm şeirmusiqi yazan insan heç zaman pislik, müharibə edə bilməz. Burada sözmusiqinin qüdrəti qovuşur. Qoy bu layihə davamlı olaraq keçib insanlara sevgi bəxş etsin”. Daha sonra İLESAM-in genel başkan Mehmet bəy səhnəyə dəvət olundu: Türkdilli ölkələrlə tarixin dərinliklərindən gələn mədəni əlaqələrimizi qovuşdurmaqortaq dəyərlərimizi gələcək nəsillərə şeirmusiqinin diliylə çatdırmaq üçün Türk Dünyası Konsertlər Dizisi layihəsinin ilki olan “Mahnıdan-Şarkıya” qardaş ölkə Azərbaycanda həyata keçmişdi. Azərbaycanla başlayan “Mahnıdan-Şarkıya” Bakı-Ankara konserti iki ölkənin şair və bəstəkarlarının qarşılıqlı hazırladığı şarkıları indi Ankara dinləyicilərinə ərməğan edir. Türkdilli ölkələrlə davam etdiyimiz bu böyük layihənin reallaşmasında bizə dəstək olan T.C. Başbakanlıq Tanıtma Fondu, T.C. KültürTurizm Bakanlığı, TİKA, TÜRKSOY və TRT-yə və konsertin gerçəkləşməsində böyük əmək sərf edən bütün sənətçilərə təşəkür edirəm”.

Şeirinmusiqinin möcüzəsi, gücü və ən böyük siyasətiydi “Mahnıdan-Şarkıya” adlanan bu layihənin keçirilməsi. Layihədəki şeirlərin sətirlərində sanki öncədən yaşanmışdı bu hisslər-

... İki görüş bir baxışda görüşdü.-

deyirdi xalq şairimiz Məmməd Araz.

...Çal udu bu axşam yenə bir şarkı hicazdan

Sevdam udunun telləri ardınca sürünsün.-

deyir Serdar Öncül.

 

... Dedilər zamanla hep azalırmış sevgilər

Olsun bana seninle geçən yıllarım yeter.-

deyir İlter Yeşilay.

Hər oxunan mahnı insanların paklaşması, saflaşması idi. Elə bil bütün sərhədləri aşmağa qadir olan musiqi yağışında idik. Tamaşaçılar Azərbaycan türk musiqisindən gələn impulsların əsiriydi. Onların heyranlıq hissi milli dəyərimiz olan o uca muğamdan bir parça ifa olunarkən onu gurultulu alqışlara tutmalarından görünürdü. Səhnədən gələn birhədiyyə türk tar ifaçısının oxuduğu Günəşin, sülhün, sevginin himni olanSarı gəlinxalq mahnısının alqışlarla qarşılanması oldu. Hamımız möhtəşəm konsertin şahidi idik. Bütün layihə iştirakçılarının sonda səhnəyə qalxaraq həm tamaşaçılara, həm özlərinə etdiyi hədiyyəsi türk şairlərinin sözlərinə yazılmış məşhur şarkıları oxumaları oldu.

Birinci addım hər zaman böyük məsuliyyət, böyük zəhmət tələb edir. Amma sevgi bünövrəsində dünyaya göz açan buövladın” ilk addımları uğurlu oldu.

İdeyanı reallaşdıran birincilərdir onlar- şair bəstəkarlar- Əhməd Cavad Zəkai Tunca, Rəsul Rza Uğur Top, Nigar Rəfibəyli Faruk Şahin, Bəxtiyar Vahabzadə Faruk Şahin, Nəriman Həsənzadə Yaşar Bedük, Məmməd Araz Pınar Köksal, Zəlimxan Yaqub Özgen Gürbüz; bəstəkar şairlər - Firəngiz Əlizadə Serdar Öncül, Cavanşir Quliyev Durmuş Kaya, Həsənağa Adıgözəlzadə Sevim Yakıcı, Cəlal Abbasov Nedim Uçar, Sərdar Fərəcov Sevinç Atan, Elza Seyidcahan Ekrem Yalbuz. İdeyanın reallaşmasında böyük əməyi olan, nəğmələrə ruh verən vokal ifaçıları- Çiydem Gürdal, Elif Güresçi, Suat Kılıç xorun dirijorları, bəstəkar xor rəhbəri Özgen Gürbüz həmyerlimiz Abdulla Qurbani əslində, səslənən musiqinin əsiri idilər.

Layihə çərçivəsində ona böyük dəyər verərək sülhün, əmin-amanlığın, qardaşlığın rəmzi kimi onu alqışlamış, görülən böyük işlərə görə layihə iştirakçılarını təşəkkür edərək xalq artisti Firəngiz Əlizadəyə Mehmet Parmaqsıza Türksoyun rəhbərliyi, Azərbaycan Qazaxıstan səfirlikləri tərəfindən diplom, mükafat hədiyyələr edilmişdir.

ABİ-nın İLESAM AYB-nin birgə dünyaya gətirdiyi bu layihə zülmə, zorakılığa qarşı bir çağırış kimi insanları məmləkətimizi qorumağa səsləyən yolun körpüsüdür.

 

Xatirə HƏSƏNZADƏ,

Ü.Hacıbəyli adına BMA-nın dosenti,

sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas

 

Azərbaycan. - 2015.- 22 dekabr.- S.6.