Li Minq: Sinxua agentliyi AZƏRTAC-la əməkdaşlığın yeni məcrada inkişaf etdirilməsini istəyir

 

Sinxua agentliyi AZƏRTAC ilə əməkdaşlığı yeni məcrada inkişaf etdirilməsində və daha da genişləndirməsində maraqlıdır.

Bu fikri Çinin Sinxua agentliyinin Cənubi Qafqaz bürosunun rəhbəri Li Minq dekabrın 21-də AZƏRTAC-da keçirilən görüşdə səsləndirib.

AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov agentliyin tarixi, fəaliyyəti, beynəlxalq media qurumlarında iştirakı barədə qonağa məlumat verib. Qeyd edilib ki, Azərbaycan ilə Çin arasında bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələr inkişaf edir və möhkəmlənir.

Görüşdə ümummilli lider Heydər Əliyevin Azərbaycan ilə Çin arasında diplomatik əlaqələrin qurulmasında müstəsna xidmətləri xatırlanıb. Habelə Prezident İlham Əliyevin bu yaxınlarda Çinə məzmun, formastatus etibarilə fərqlənən tarixi səfərinin əməkdaşlığın genişləndirilməsində xüsusi əhəmiyyət daşıdığı, hər iki ölkənin son 10 ildə sabitdinamik inkişafı təmin etdiyi vurğulanıb.

2016-cı ildə Bakıda AsiyaSakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının və V Dünya Xəbər Agentlikləri Konqresinin keçiriləcəyi barədə qonağa məlumat verilib. Qeyd olunub ki, bu beynəlxalq tədbirlərdə çinli nümayəndələrin də iştirakı agentliklərimiz arasında əlaqələrin inkişafına töhfə verəcək.

 

Azərbaycan. - 2015.- 22 dekabr.- S. 7.