Geniş tərkibdə görüş
Dekabrın 22-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Əfqanıstan
İslam Respublikasının
Prezidenti Məhəmməd
Əşrəf Qani ilə geniş tərkibdə görüşü
keçirilib.
Azərbaycan Prezidenti İlham ƏLİYEV çıxış
edərək dedi:
- Hörmətli cənab Prezident.
Əziz qonaqlar.
Sizi Azərbaycanda
bir daha salamlamaq istərdim. Çox şadıq
ki, Siz bizim
ölkəmizə rəsmi
səfər edirsiniz.
Biz Sizin ötən ilki səfərinizi müzakirə
etdik və xatırladıq. Lakin o, çox qısa
səfər idi, bu isə rəsmi
səfərdir. Bu, bizim əməkdaşlığımızın
yaxşı əlamətidir.
Biz ikitərəfli əməkdaşlığımızın müxtəlif aspektlərini
qısaca olaraq müzakirə etdik. Biz artıq yaxşı
imkanlar və yaxşı nailiyyətlər
görürük. Bizim
ölkələrimiz dost ölkələrdir.
Bu dostluq tarixə
və ölkələrimizin
bugünkü birgə
maraqlarına əsaslanır.
Biz beynəlxalq təşkilatlarda çox
fəal siyasi dialoq aparırıq, BMT-də, İslam Əməkdaşlıq Təşkilatında,
İqtisadi Əməkdaşlıq
Təşkilatında sıx
əməkdaşlıq edirik.
Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın
ərazi bütövlüyü
çərçivəsində həllinə davamlı dəstəyə görə
Sizin ölkənizə
çox minnətdarıq.
Siz bizi BMT Baş Assambleyasındakı səsvermədə
dəstəklədiniz. Siz bizi Azərbaycan BMT Təhlükəsizlik Şurasının
qeyri-daimi üzvlüyünə
namizəd olanda dəstəklədiniz. Biz buna görə çox minnətdarıq.
Eyni zamanda, biz də bütün təşəbbüslərdə,
bütün beynəlxalq
təşkilatlarda Əfqanıstanı
dəstəkləyirik. Biz belə mükəmməl
siyasi əlaqələrə
malik olaraq iqtisadi məsələlərə
diqqəti cəmləşdirməliyik.
Biz dövriyyəni artırmaq
və investisiya layihələri paketi üçün çox yaxşı imkanların mövcud olduğunu müzakirə etdik. Azərbaycanın
həm dövlət, həm də özəl şirkətləri
Sizin ölkənizə
investisiya yatırmağa
və əməkdaşlığımızın
bu iqtisadi komponentini gücləndirməyə
hazırdırlar. Bu gün biz, həmçinin
kommunikasiya ilə bağlı məsələləri,
dəmir yolu əlaqələrini müzakirə
etdik. Mən Sizə məlumat
verdim ki, biz İpək Yolunun çatışmayan hissəsini
- Azərbaycan ilə Gürcüstan və Türkiyə arasında dəmir yolu əlaqəsini tamamlayırıq.
Ümidvaram ki, biz gələn il
Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını edəcəyik. Lakin biz artıq Çindən
ilk konteyner qatarlarını
Azərbaycanda və Azərbaycan ərazisindən
keçməsi üçün
qəbul etmişik.
Biz artıq marşrutu
sınaqdan keçiririk.
Əlbəttə ki, biz nəqliyyat
sahəsində beynəlxalq
əməkdaşlığın genişlənməsini istəyirik.
Həmçinin enerji resursları
sahəsində yaxşı
imkanlar var. Beləliklə,
biz bütün sahələrdə
əməkdaşlığımızı
genişləndirmək istəyirik.
Müzakirə etdiyimiz
kimi, Azərbaycan Qətiyyətli Dəstək
Missiyasının üzvüdür
və biz Sizin
ölkənizdə sülh
və inkişafa töhfə verməyə
çalışırıq. Mən Sizi və hökumətinizi
Əfqanıstanın dəyişikliklərlə
əlaqədar əldə
olunan nailiyyətləri
münasibətilə təbrik
etmək istəyirəm.
Cənab
Prezident, bir daha xoş gəlmisiniz.
X X
X
Əfqanıstan Prezidenti Məhəmməd
Əşrəf QANİ çıxış
edərək dedi:
- Cənab Prezident, ilk növbədə, icazə
verin, Sizi doğum gününüz
münasibətilə təbrik
edim.
İkincisi, Əfqanıstan xalqı və hökuməti adından neft platformasında insanların
həlak olması ilə nəticələnən
dəhşətli hadisə
ilə əlaqədar
dərin hüznümü
ifadə edirəm.
İlk növbədə, icazə verin, Sizin ötən il NATO-nun Qətiyyətli Dəstək Missiyasında iştirakınıza və bu missiyada davamlı iştirakınıza görə dərin minnətdarlığımı bildirim. Sizin Çikaqo konfransında dediyiniz kimi, Azərbaycan bu missiyaya əsaslı töhfə verib. Həmçinin NATO missiyası zamanı Sizin hava limanı və obyektlərinizdən istifadə etməyə şərait yaratmanız mühüm əhəmiyyət kəsb edirdi. Hazırda biz bu üfüqi çox sabit və anti-terror əməkdaşlığına doğru genişləndiririk. Düşünürəm ki, qısamüddətli perspektivdə deyil, orta və uzunmüddətli perspektivdə məqsədlərimizə nail olacağıq. Hesab edirəm ki, Azərbaycanın bütün beynəlxalq təşkilatlarda bizə verdiyi dəstək və şəxsən üzərinizə götürdüyünüz öhdəlik təqdirəlayiqdir. Əlbəttə ki, biz Azərbaycanın ərazi bütövlüyünü tamamilə dəstəkləyirik. Məcburi köçkünlərin taleyi və Azərbaycanın ərazi bütövlüyü, dövlətin qurucusu olan mərhum atanız üçün olduğu kimi, Sizin üçün də hər şeydən önəmlidir. Azərbaycana böyük nümayəndə heyəti ilə gəlişimizin səbəbi ölkənizdəki dəyişikliyi bilavasitə müşahidə etmək istəyimizlə bağlıdır. Biz Sizi təbrik etmək istərdik.
X X X
Geniş tərkibdə görüşdə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi,
həmçinin iqtisadi sahədə, o cümlədən nəqliyyat, infrastruktur, investisiya qoyuluşu, kənd təsərrüfatı, energetika, humanitar və digər
sahələrdə əməkdaşlığın perspektivləri
ətrafında fikir mübadiləsi aparıldı.
AZƏRTAC
Azərbaycan. - 2015.- 23 dekabr.- S.1, 2.