Azərbaycan-Əfqanıstan
əməkdaşlığının inkişaf
istiqamətləri müzakirə edilib
Dekabrın
22-də Azərbaycan Respublikasının Baş naziri Artur
Rasizadə ölkəmizdə rəsmi səfərdə olan
Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd
Əşrəf Qani ilə görüşüb.
Görüşdə müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın istiqamətləri müzakirə edilib.
Baş nazir bildirib ki, ölkələrimiz arasında ikitərəfli əlaqələr siyasi sahədə uğurla inkişaf edir. Yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkili münasibətlərimizin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.
Prezident Məhəmməd Əşrəf Qani Azərbaycanın hər zaman beynəlxalq təşkilatlarda Əfqanıstanı dəstəklədiyini bildirib və buna görə minnətdarlığını ifadə edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Əfqanıstan Prezidenti ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tamamilə dəstəklədiyini diqqətə çatdırıb.
Söhbət zamanı iqtisadi sahədə, o
cümlədən nəqliyyat, infrastruktur,
investisiya qoyuluşu,
kənd təsərrüfatı, energetika,
humanitar və digər istiqamətlərdə
əməkdaşlığın genişləndirilməsi məsələləri
ətrafında fikir mübadiləsi
aparılıb.
AZƏRTAC
Azərbaycan. - 2015.- 23 dekabr.- S.2.