Əfqanıstan Prezidenti Milli Məclisdə olub
Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində
Əfqanıstan İslam
Respublikasının Prezidenti
Məhəmməd Əşrəf
Qani dekabrın 22-də
Milli Məclisdə olub.
Əfqanıstan Prezidenti əvvəlcə
parlamentin iclas zalları ilə tanış olub. Ali qonaq deputatlar üçün yaradılmış iş
şəraitini yüksək
qiymətləndirib.
Sonra Prezident
Məhəmməd Əşrəf
Qani parlamentdəki Heydər Əliyev xatirə zalına baxıb, xatirə kitabına ürək sözlərini yazıb.
Daha sonra Prezident Məhəmməd
Əşrəf Qani ilə Milli Məclisin sədri Oqtay Əsədov arasında görüş
keçirilib.
Milli Məclisin
sədri Azərbaycan ilə Əfqanıstan arasında əlaqələrin
dostluq və tərəfdaşlıq istiqamətində
qurulduğunu söyləyib. Oqtay Əsədov
yüksək səviyyəli
qarşılıqlı səfərlərin
ölkələrimizin münasibətlərinin
inkişafına töhfə
verdiyini qeyd edib. Milli Məclisin sədri
bildirib ki, Əfqanıstan Prezidentinin
ölkəmizə rəsmi
səfəri ikitərəfli
əlaqələrin inkişafına
böyük təkan verəcək.
Oqtay Əsədov
ölkələrimiz arasında
hüquqi bazanın da mövcud olduğunu, bu bazanın təkmilləşdirilməsi
istiqamətində işlərin
davam etdirildiyini söyləyib. Milli Məclisin sədri
ölkələrimiz arasında
iqtisadi əməkdaşlığın
daha da genişləndirilməsinin
önəmini vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən
danışan Oqtay Əsədov ölkəmizin
ərazisinin 20 faizinin
hələ də Ermənistan silahlı qüvvələrinin işğalı
altında qaldığını,
bir milyondan çox azərbaycanlının
qaçqın və məcburi köçkünə
çevrildiyini diqqətə
çatdırıb. O, Əfqanıstanın
bütün beynəlxalq
təşkilatlarda Azərbaycanın
haqlı mövqeyini dəstəkləməsinin ölkəmizdə
yüksək qiymətləndirildiyini
vurğulayıb.
Əfqanıstan Prezidenti Məhəmməd
Əşrəf Qani ölkələrimiz arasında
əlaqələrin dostluğa
və qardaşlığa
əsaslandığını söyləyib. Ali qonaq
Azərbaycanı müstəqilliyini
bərpa etdikdən sonra qısa zamanda əldə etdiyi böyük uğurlara görə təbrik edib.
Dağlıq Qarabağ münaqişəsindən
danışan Prezident
Məhəmməd Əşrəf
Qani Əfqanıstanın
problemin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində həll olunmasında ölkəmizin haqlı mövqeyini bundan sonra da dəstəkləyəcəyini
deyib.
Əfqanıstan Prezidenti
ölkələrimizin qanunverici
orqanları arasındakı əlaqələrdən də
razılığını ifadə edib.
AZƏRTAC
Azərbaycan.- 2015.- 23 dekabr.- S. 2.