İsmayıl Qəhrəman: Azərbaycan-Türkiyə qardaşlığı əbədidir

 

Azərbaycan ilə Türkiyə arasında strateji əməkdaşlıqla yanaşı, dərin qardaşlıq əlaqələri mövcuddur. Ölkələrimizin dostluğu və qardaşlığı əbədidir.

Bu fikirləri Türkiyə Böyük Milli Məclisinin sədri İsmayıl Qəhrəman Türkiyənin Azərbaycandakı səfirliyində onun şərəfinə verilmiş ziyafətdə bildirib. Türkiyə parlamentinin sədri ölkələrimiz arasındakı əlaqələrin tarixi kökə malik olduğunu vurğulayıb. O, əməkdaşlığımızın bundan sonra da inkişaf edəcəyini deyib.

Ziyafətdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, KİV təmsilçiləri, türkiyəli adamları iştirak ediblər.

 

AZƏRTAC

 

Azərbaycan. - 2015.- 23 dekabr.- S. 3.