Yaponiyanın İmperatoru Əlahəzrət Akihitoya

 

Əlahəzrət,

Yaponiyanın milli bayramı – Təvəllüd gününüz münasibətilə SiziSizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Belə bir əlamətdar gündə ən xoş arzularımı yetirərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Yaponiya xalqına daim əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 21 dekabr 2015-ci il.

 

Azərbaycan. - 2015.- 23 dekabr.- S.1.