“Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” jurnalının növbəti nömrəsi çapdan çıxıb

 

“Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” beynəlxalq elmi-texniki jurnalının növbəti buraxılışı (Cild 7. ¹ 4) işıq üzü görüb.

Nəşrin yeni nömrəsi Azərbaycan Mühəndislik Akademiyasının 10 illik yubileyinə həsr olunmuş məqalə ilə açılır. Məqalənin müəllifi - Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, akademik Arif Paşayev elm ocağının fəaliyyəti, akademiya üzvlərinin qlobal enerji layihələrində iştirakı, ölkəmizin elm, texnologiyainnovasiya potensialının inkişafına verdiyi töhfələrdən bəhs edir. Qeyd olunur ki, Azərbaycan Mühəndislik Akademiyasının əsas fəaliyyət istiqamətləri mühəndislik elmi sahəsində intellektual potensialın artırılmasına, perspektivli innovasiya proqramlarının işlənib hazırlanması və həyata keçirilməsinə kömək göstərilməsinə, elmi-texniki tərəqqinin sürətləndirilməsini təmin edən prinsipcə yeni texnika, texnologiyamaterial növlərinin yaradılmasına və tətbiqinə yönəlib.

Oxucuların diqqətinə çatdırılır ki, akademiyanın elmi-texniki, texnoloji və layihə işləri son illər istehsalatda uğurla tətbiq olunur. Akademiya üzvləri hazırda TANAP layihəsinin işlənməsində və reallaşdırılmasında yaxından iştirak edirlər. SOCAR-ın struktur bölmələri ilə həm kəşfiyyat və hasilat, həm də nəql, emal, marketinqservis xidmətləri bazasında innovasiya texnologiyaları sahəsində sıx əməkdaşlıq qurulub. Mühəndislik Akademiyası “Azərkosmos” ASC-də idarəetmə və təbii resursların istismarı, operativ peyk informasiya qəbulu sahəsində məsələlərin həlli, fotoqrammetrikgeoinformasiya layihələrinin yerinə yetirilməsində, sifarişlərin bazası əsasında  alqoritmlər və aviakosmik məlumatların emalı metodikasının tətbiqi üçün innovasiya texnologiyalarının işlənilməsi, konsaltinq aparılması və kadr hazırlığına nail olmaq istiqamətində müvafiq aparmağı nəzərdə tutur. Öz fəaliyyətində ilk növbədə insan resurslarına əsaslanan Azərbaycan Mühəndislik Akademiyasında “Təhsil-Texnopark” kompleksinin tikintisi başa çatmaq üzrədir. Əsas məqsədi ölkə iqtisadiyyatının inkişafını sənaye innovasiya istiqamətinə yönəltməkdən ibarət olan bu kompleksin kadr potensialını Milli Aviasiya Akademiyası və ölkənin digər aparıcı ali məktəbləri təmin edəcək.

Akademiyanın prezidenti Arif Paşayev rəhbərlik etdiyi elm ocağının xarici əlaqələrindən də söhbət açır. Bildirir ki, Azərbaycan Mühəndislik Akademiyası bir çox milli və beynəlxalq akademiyalarla səmərəli əlaqələr qurmağa çalışır, xüsusilə Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Sloveniya Mühəndislik akademiyaları, Beynəlxalq Mühəndislik Akademiyası ilə sıx əməkdaşlıq edir.

Jurnalın bu nömrəsində Beynəlxalq və Rusiya Mühəndislik akademiyalarının prezidenti, akademik B.V.Qusevin, Qazaxıstan Milli Mühəndislik Akademiyasının prezidenti, akademik B.Jumaqulovun, Sloveniya Mühəndislik Akademiyasının prezidenti İ.Emrinin, eləcə də AZƏRTAC-ın baş direktoru A.Aslanovun əlamətdar yubiley münasibətilə təbrikləri də yer alıb. Təbrik məktublarında akademiyanın Azərbaycanda mühəndislik elminin inkişafını sürətləndirən mərkəzə çevrildiyi, texnikanın və qabaqcıl texnologiyaların inkişafına verdiyi əvəzsiz töhfələr, akademik Arif Paşayevin bu sahədəki xidmətləri minnətdarlıq hissi ilə vurğulanır.

Nəşrdə möhkəmlik fizikası, aviasiya, mexanika və maşınqayırma, neftqaz, neft-kimya texnologiyası, informasiya texnologiyaları ilə bağlı bir sıra elmi məqalələr dərc olunub.

Xatırladaq ki, “Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” ayrıca elektron formatda, müasir dünya standartlarından istifadə etməklə məqalələrin xülasələrini ingilis dilində yayır, həmçinin xarici analitik baza olan SCOPUS-a keçidonun vasitəsi ilə indeksləşmə və sitatlaşdırmanı həyata keçirir. Jurnalda məqalələr Azərbaycan, ingilisrus dillərində dərc edilir.

 

AZƏRTAC

 

Azərbaycan. - 2015.- 23 dekabr.- S.4.