Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan

 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Qardaş Azərbaycanın həyatının bütün sahələrində qazanılan haqlı olaraq Sizin ali dövləti fəaliyyətinizlə bağlı sayılan uğurlar dost ölkələrimiz arasında münasibətlərin keyfiyyətcə yeni səviyyəyə çatdırılması üçün geniş imkanlar yaradır. Qarşılıqlı faydalı Tacikistan-Azərbaycan münasibətlərinin daha da genişləndirilməsi ölkələrimizin xalqlarımızın rifahı firavanlığı naminə mənim can atdığım məqsəddir.

Hörmətli İlham Heydər oğlu, icazə verin, bu xoş gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, ailənizə firavanlıq, bütün təşəbbüslərinizdə uğurlar diləyim.

Səmimiyyətlə,

 

Emoməli Rəhmon

Tacikistan Respublikasının Prezidenti

 

Azərbaycan. - 2015.- 24 dekabr.- S.1.