Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident,
Sizi doğum gününüz münasibətilə Həmkarlar İttifaqları Ümumi Konfederasiyası adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Həmkarlar İttifaqları Ümumi Konfederasiyası ictimai inkişafın müxtəlif sahələrində Azərbaycanın uğurlarını alqışlayır. Sabitlik və davamlı artım sayəsində respublikanın qlobal miqyasda mənfi proseslərə qarşı səmərəli mübarizəsi onun siyasi rəhbərliyinin və möhtərəm Prezident, şəxsən Sizin həyata keçirdiyiniz uzunmüddətli xəttin düzgün olmasının şəksiz təsdiqidir.
Həqiqi ümumxalq məhəbbəti qazanmış lider kimi Sizə böyük etimad bəsləyən Azərbaycan xalqında sabaha inam, Vətənin rifahı naminə daha yaxşı işləmək arzusu möhkəmlənir. Azərbaycan bütün pillələrdən olan hakimiyyət orqanlarının etibarlı üçtərəfli dialoqunun, həmçinin işçilərin və onların birliklərinin hüquq və azadlıqlarının təmin edilməsinə, vacib sosial məsələlərin həllinə diqqətin parlaq nümunəsidir.
Hörmətli Prezident, icazə verin, milli və beynəlxalq səviyyələrdə həmkarlar ittifaqları orqanlarının fəaliyyəti məsələlərinə yetirdiyiniz diqqətə görə Sizə bir daha dərin minnətdarlığımı bildirim.
Cənab Prezident, ən səmimi və ən xoş arzularımı qəbul edin. Sizə möhkəm cansağlığı, firavanlıq və Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.
Hörmətlə,
Vladimir Şerbakov
Həmkarlar
İttifaqları Ümumi
Konfederasiyasının
baş katibi
Azərbaycan. - 2015.- 24 dekabr.- S.3.