Ş.Ş.Abdullayevin Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında və eyni zamanda Sudan
Respublikasında fövqəladə və səlahiyyətli səfiri,
Azərbaycan Respublikasının Ərəb Dövlətləri
Liqası yanında daimi müşahidəçisi
vəzifələrindən geri
çağırılması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Şahin Şakir oğlu Abdullayev Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında və eyni zamanda Sudan Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılsın.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
23 dekabr 2015-ci il
Azərbaycan. - 2015.- 24 dekabr.- S.4.