Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin Azərbaycana rəsmi səfəri
Heydər
Əliyev Mərkəzi ilə tanışlıq
Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani dekabrın 23-də Heydər Əliyev Mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, ali qonağa Bakının müasir memarlığının rəmzi olan Heydər Əliyev Mərkəzinin binası və Mərkəzin fəaliyyət istiqamətləri haqda məlumat verilib. Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi Əfqanıstan Prezidentində xüsusi maraq doğurub. Bildirilib ki, Muzeydə həm Azərbaycanın tarixi ilə, həm də ümummilli lider Heydər Əliyevlə bağlı arxiv materialları, foto və videolar təqdim olunur.
Prezident Məhəmməd Əşrəf Qani muzeylə tanışlıqdan sonra xatirə kitabına ulu öndər Heydər Əliyev və onun adını yaşadan mərkəz haqqında ürək sözlərini yazıb.
Daha sonra Əfqanıstan Prezidenti mərkəzdəki “Azərbaycan inciləri: tarixin axarında” sərgisi ilə tanış olub. Bildirilib ki, bu ekspozisiyada ölkənin çoxəsrlik tarixi, mədəni irsinə dair nadir eksponatlar nümayiş olunur. Burada Azərbaycanın müxtəlif dövrlərini əhatə edən zəngin tarixlə tanış olmaq mümkündür.
Ali qonaq,
həmçinin “Mini Azərbaycan” sərgisinə
baxıb, burada Bakıdakı və
regionlardakı tarixi memarlıq abidələri
barədə məlumatlandırılıb.
Azərbaycan. - 2015.- 24 dekabr.- S.13.