Səfər başa çatdı
Əfqanıstan
İslam Respublikasının Prezidenti Məhəmməd
Əşrəf Qaninin Azərbaycan Respublikasına rəsmi səfəri
dekabrın 23-də başa çatıb.
AZƏRTAC
xəbər verir ki, hər iki ölkənin dövlət
bayraqlarının dalğalandığı Heydər
Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə
fəxri qarovul dəstəsi düzülmüşdü.
Əfqanıstan
Prezidenti Məhəmməd Əşrəf Qanini hava
limanında Azərbaycanın Baş nazirinin birinci müavini
Yaqub Eyyubov və digər rəsmi şəxslər yola
saldılar.
Azərbaycan. - 2015.- 24 dekabr.- S.13.