Azərbaycan MDB
Müdafiə Nazirləri Şurasının iclasında təmsil
olunub
Dekabrın
23-də Azərbaycan Respublikasının müdafiə naziri,
general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər
Birliyi Müdafiə Nazirləri Şurasının Moskvada
keçirilən növbəti iclasında iştirak edib.
Müdafiə Nazirliyinin
mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində
general-polkovnik Z.Həsənov bir sıra ölkələrin müdafiə
nazirləri ilə ikitərəfli görüşlər
keçirərək regional məsələləri
müzakirə edib, hərbi sahədə əməkdaşlıq
planları imzalayıb. Həmçinin hərbi-təhsil, təlim
və Silahlı Qüvvələrin inkişaf
istiqaməti barədə fikir mübadiləsi
aparılıb.
Azərbaycan. - 2015.- 24 dekabr.- S.14.