Azərbaycanın müdafiə naziri Moskvada ikitərəfli görüşlər keçirib

 

Moskvada səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov dekabrın 23-də Belarus Respublikasının müdafiə naziri, general-leytenant Andrey Ravkov və Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Janıbek Kaparov ilə ikitərəfli görüşlər keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşlərdə ölkələrimiz arasında hərbi sahədə 2016-cı il üçün əməkdaşlıq planları imzalanıb.

 

AZƏRTAC

 

Azərbaycan. - 2015.- 24 dekabr.- S.14.