Azərbaycan
Respublikasının Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu!
Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi, uğurlar, firavanlıq və bütün təşəbbüslərinizin tam reallaşması arzularımı qəbul edin.
Ölkənizin vətəndaşlarının Sizin müasir və çiçəklənən Azərbaycanın ildən-ilə daha da inkişaf etməsi naminə seçdiyiniz, dövlətin real demokratiyaya və ifadə azadlığına, müstəqilliyin möhkəmlənməsinə və ərazi bütövlüyünün bərpasına yönəlmiş strateji kursunuzu tam dəstəklədikləri hamıya məlumdur.
Sizə möhkəm cansağlığı və yeni uğurlar, Azərbaycan Respublikasının xalqına isə firavanlıq və yeni zəfərlər arzu edirəm.
Dərin hörmətlə,
Vladimir VORONİN,
Moldova Respublikasının
sabiq Prezidenti,
Moldova Respublikası
Kommunist Partiyasının
sədri
Azərbaycan. - 2015.- 25 dekabr.- S.2.