Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu,
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Siz çoxmillətli Azərbaycanda və onun hüdudlarından kənarda öz ölkənizin həqiqi vətənpərvəri kimi böyük hörmət qazanmısınız. Azərbaycan Respublikası Milli Məclisinə bu il keçirilən seçkilərdə Sizin başçılıq etdiyiniz Yeni Azərbaycan Partiyasının qələbəsi Sizə göstərilən yüksək etimadı və ölkədə reallaşdırılan, iqtisadiyyatın möhkəmləndirilməsinə, beynəlxalq aləmdə Azərbaycanın rolunun və nüfuzunun güclənməsinə yönəlmiş fəaliyyət xəttinin hərtərəfli dəstəklənməsini bir daha təsdiq etdi. Bu, böyük hörmətə layiqdir. Siz bu mürəkkəb dövrdə öz xalqı ilə birlikdə ölkənin iqtisadi qüdrətini artırmağa və azərbaycanlılarda mənəvi ruh yüksəkliyi yaratmağa nail olmuş dövlət rəhbəri kimi Azərbaycan xalqının böyük oğlu və lideri Heydər Əliyevin nəcib əməllərini ləyaqətlə davam etdirir və artırırsınız.
Biz dağıstanlılar bizim üçün mürəkkəb dövrdə Əziz Məmmədkərim oğlu Əliyevin respublikaya rəhbərlik etdiyi dövrü də yaxşı xatırlayırıq. Onun nəcib əməlləri uzun illər boyu xoş duyğularla xatırlanır. Sizin məsləkdaşınız və həyat yoldaşınız, bütün bu illər ərzində Sizin yanınızda olan, xoş ovqatınız və sağlamlığınız üçün hər cür şərait yaradan Mehriban xanıma da dərin hörmətimizi bildiririk.
Xalqlarımız arasında mehriban qonşuluq və qardaşlıq münasibətləri dağıstanlılar üçün xüsusi dəyər kəsb edir. Səmimilik və etimad həmişə bu münasibətlərin fərqləndirici cəhəti olub.
İcazə verin, fürsətdən istifadə edib, Dərbənd şəhərinin yubiley tədbirlərinə hazırlaşmaqda göstərdiyiniz köməyə, habelə Sizin qarşınızda qaldırdığım məsələlərə diqqətinizə və dəstəyinizə görə Sizə dərin təşəkkürümü bildirim.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və firavanlıq, Azərbaycan Respublikası naminə ali dövləti vəzifənizdə, bütün işlərinizdə və təşəbbüslərinizdə yeni uğurlar arzulayıram.
Hörmətlə,
Xızrı
Şıxsəidov
Rusiya Federasiyasının
Dağıstan Respublikası
Xalq Məclisinin sədri
Azərbaycan. - 2015.- 25 dekabr.- S.2.