Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezident!

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Son onillikdə Azərbaycan Sizin rəhbərliyiniz ilə regionda lider mövqeyi tutub, regional və beynəlxalq siyasətin mühüm məsələlərinin həllində fəal rol oynayır. Sizin müdrik siyasətiniz sayəsində Azərbaycan Cənubi Qafqazda geosiyasigeoiqtisadi proseslərin şəksiz lideridir. Azərbaycan regionun lider dövləti kimi özünü tamamilə təsdiqləyib. Cənubi Qafqazda heç bir geosiyasigeoiqtisadi layihəni Azərbaycansız həyata keçirmək mümkün deyil.

İsrail Dövləti şəxsən Sizin və Azərbaycan rəhbərliyinin yəhudi icmasına dünyada analoqu olmayan münasibətini yüksək qiymətləndirir. Bu münasibətin əsasını iki dövlət arasında dərin hörmət və əməkdaşlıq ənənələri, dostluq əlaqələri təşkil edir. Siz dünyəvi dövlətə, tolerantlığa sədaqətiniz, Azərbaycanda yaşayan bütün konfessiyalaraxalqlara hörmətli münasibətiniz sayəsində həm İsrail cəmiyyətinin, həm də dünyanın digər dövlətlərində yəhudi icmasının əksəriyyətinin hörmətini qazanmısınız.

Sizə və ailənizə səmimi-qəlbdən möhkəm cansağlığı, səadət, firavanlıq, uğurlar arzulayır, ən xoş diləklərimi bildirirəm.

Dərin hörmətlə,

 

Arye QUT,

Beynəlxalq münasibətlər sahəsində İsraildən olan ekspert,

“Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri

 

Azərbaycan. - 2015.- 25 dekabr.- S.2.