Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezident!

Doğum gününüz münasibətilə Qaqauz Yeri Muxtar Ərazi Qurumunun əhalisi adından və şəxsən öz adımdan Sizi səmimi-qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, Azərbaycan Respublikasının firavanlığı naminə məsul vəzifənizdə uğurlar, doğmalarınıza şəxsi səadət və firavanlıq diləyirəm.

Siz Azərbaycan Respublikası üçün çox görmüsünüz. Sizin müdrik rəhbərliyiniz ilə ölkənin beynəlxalq əlaqələri möhkəmlənib və genişlənib, mühüm investisiya layihələri həyata keçirilib, siyasi qərarlar qəbul edilib.

Uzaqgörən, strateji cəhətdən ölçülüb-biçilmiş siyasətiniz, təşkilatçı və rəhbər istedadınız, ən mürəkkəb məsələlərin həllinə əsl dövləti mövqedən yanaşmağınız və Azərbaycan xalqının mənafelərinə sadiqliyiniz haqlı olaraq Sizə xalqınızın sevgisini və etimadını, həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda dərin hörmət və böyük nüfuz qazandırıb. Siz Azərbaycan Respublikasının gələcək inkişafı, vətəndaşlarınızın həyatının daha da firavanlığı üçün taleyüklü qərarlar qəbul edir və onları dönmədən həyata keçirirsiniz.

Möhtərəm İlham Heydər oğlu, icazə verin bu xoş fürsətdən istifadə edib, Sizi həm də qarşıdan gələn Yeni il münasibətilə təbrik edim, Sizə möhkəm cansağlığı, Azərbaycanın çiçəklənməsinə yönəlmiş planlarınızın həyata keçirilməsində böyük uğurlar, ölkənizin qardaş xalqına isə sülh və firavanlıq diləyim.

Dərin hörmətlə,

 

İrina VLAX,

Qaqauz Yerinin (Qaqauziyanın) başqanı

 

Azərbaycan. - 2015.- 25 dekabr.- S.2.