Prezidentin Mətbuat Xidmətinin
məlumatı
Dekabrın 24-də Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik
edib, ona xalqımızın rifahı
və əmin-amanlığı
naminə fəaliyyətində
yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev təbrikə və diqqətə görə Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.
Söhbət zamanı dövlət
başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin
bütün sahələrdə bundan sonra da
uğurla inkişaf edəcəyinə
əminliklərini ifadə ediblər.
Azərbaycan. - 2015.- 25 dekabr.- S.1.