Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
№ 402 Bakı şəhəri,
24 dekabr 2015-ci il
2016-cı ildə
Novruz, Ramazan, Qurban bayramları haqqında
“Azərbaycan Respublikasının
Əmək Məcəlləsinə
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2006-cı il 8 dekabr tarixli
194-IIIQD nömrəli Qanununun
tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə
əsasən, Azərbaycan
Milli Elmlər Akademiyasının və Qafqaz Müsəlmanları
İdarəsinin məlumatına
uyğun olaraq Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1.
2016-cı ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı,
6, 7 iyul Ramazan bayramı, 12, 13
sentyabr Qurban bayramıdır.
2. Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan. - 2015.- 25 dekabr.- S. 3.