YAP-ın təşkil
etdiyi konfransda
qarşıda duran yeni
hədəflər müzakirə olunub
Dekabrın
24-də Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı
ilə “Yeni hədəflər naminə” mövzusunda konfrans
keçirilib.
Konfransda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Yeni Azərbaycan Partiyasının üzvləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov konfransı açaraq başa çatmaqda olan ildə qazanılan mühüm uğurlardan danışıb. Baş nazirin müavini belə uğurlardan birinin növbəti parlament seçkiləri olduğunu vurğulayıb. Bildirib ki, YAP bu seçkilərdə də möhtəşəm qələbə qazanıb. Bu qələbənin əsasında xalqın Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevə sevgisi və etimadı, onun siyasətini dəstəkləməsi, dövlət başçısının yüksək siyasi reytinqi dayanır. Təbii ki, burada YAP-ın namizədlərinin hər birinin siyasi nüfuzunun da öz təsiri var.
Əli Əhmədov cari ildə Azərbaycanın daha bir böyük uğuru kimi Bakıda keçirilən
I Avropa Oyunlarını
qeyd edib. Bildirib ki,
I Avropa Oyunları Azərbaycanın sürətli
inkişafını, qazandığı
nailiyyətləri, ölkəmizin
zəngin potensialını
bütün dünyaya
göstərdi.
Ötən on il Azərbaycanın özünün
yeni inkişaf modelini bütün dünyaya təqdim etməsi dövrü kimi səciyyələndirilir.
Azərbaycan bu illərdə
sürətlə inkişaf
edən ölkə, müasir cəmiyyət kimi formalaşaraq dünya birliyində özünə layiqli yer tuta bilib.
Qarşıdan Azərbaycanın inkişafının yeni mərhələsi gəlir.
Bu haqda danışan
Baş nazirin müavini vurğulayıb
ki, təbii ehtiyatlardan səmərəli
şəkildə istifadə
etməklə Azərbaycanın
müasirləşməsinə imkan verən modelin yaratdığı imkanlar sayəsində ölkəmizin iqtisadiyyatının
sürətli inkişaf
modelinə keçid günün aktual məsələsinə və
sosial sifarişə çevrilib.
Qeyd olunub ki, Prezident İlham
Əliyevin Nazirlər
Kabinetinin iclasında qarşıda duran hədəflər barədə
reallığı əks
etdirən nitqində bu istiqamətdə atılmalı olan vacib addımlar dəqiq müəyyənləşdirilib. “Qarşıda duran yeni hədəflər əsasən Azərbaycanın
iqtisadi inkişafından
istifadə edərək
insanların rifahının
yüksəldilməsi, sosial
problemlərinin həlli
ilə bağlı vəzifələrin yerinə
yetirilməsidir. İnanırıq
ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin vəzifələr
layiqincə yerinə yetiriləcək, Azərbaycan
özünün müasir
inkişaf modelində
yeni korrektələr etməklə inkişafın
yeni səviyyəsinə
qalxmaq vəzifəsinin
öhdəsindən uğurla
gələcək”, - deyə
Əli Əhmədov bildirib.
Konfransın əlamətdar günə
- Yeni Azərbaycan Partiyasının sədri,
Prezident İlham Əliyevin ad gününə
təsadüf etdiyini xatırladan Baş nazirin müavini tədbir iştirakçıları
və YAP-ın çoxminli üzvləri
adından dövlət
başçısına səmimi
təbriklərini çatdırıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti
akademik Akif Əlizadə çıxışında
vurğulayıb ki, Prezident İlham Əliyevin on ildən artıq müddətdə
həyata keçirdiyi
ardıcıl və məqsədyönlü siyasət
nəticəsində Azərbaycanın
beynəlxalq aləmdə
strateji mövqeləri
möhkəmlənib, ölkəmiz
regionun lider dövlətinə çevrilib.
Sürətlə qloballaşan və virtuallaşan dünyanın
müasir dövrün
bir sıra problemləri ilə üz-üzə qaldığını
qeyd edən AMEA prezidenti deyib ki, yeni təhlükələr,
təhdidlər, risklər,
müharibə ocaqları
yaranır. Gələcəklə bağlı nikbin
proqnoz vermək çətindir. Belə şəraitdə
hər bir ölkə daxili resurslarına arxalanaraq təhlükəsizliyini təmin
etməli, dünyada yaşanan maliyyə və iqtisadi böhrandan çıxmaq
üçün öz
siyasi modelində düzəlişlər aparmalıdır.
Akif Əlizadə
bildirib ki, dövlət başçısı
AMEA-nın 70 illik yubiley mərasimindəki çıxışında Akademiyanın
gələcək inkişafının
prioritet istiqamətlərini
dəqiq müəyyənləşdirib. Azərbaycanın
yeni inkişaf modelinin, xüsusən qeyri-neft sektorunun inkişaf istiqamətlərinin
müəyyənləşdirilərək
həyata keçirilməsi,
ölkənin demoqrafik
vəziyyətinin elmi
əsaslarla araşdırılması,
insan kapitalına dair konsepsiyanın hazırlanması, mövcud
təbii şərait
və potensial nəzərə alınaraq
kənd təsərrüfatının,
eləcə də kimya sənayesinin inkişaf etdirilməsi hazırda Azərbaycan elmi qarşısında duran prioritetlərdir.
Diqqətə çatdırılıb ki,
Azərbaycan Prezidentinin
dəstəyi ilə ölkəmizdə innovativ
əsaslarla kimya sənayesinin yaradılması
istiqamətində mühüm
addımlar atılır. Bu baxımdan Sumqayıt Kimya Sənayesi Parkının yaradılması
Azərbaycanın regionda
lider mövqeyini daha da gücləndirəcək.
Bu layihənin həyata keçirilməsində
kimyaçı alimlər
də fəal iştirak edirlər.
Müvafiq dövlət qurumlarının
nümayəndələri ilə
səmərəli müzakirələr
aparılır, gələcək
kimya sənayesinin əsas istiqamətləri
müəyyənləşdirilir.
AMEA prezidenti ölkəmizdə
ərzaq təhlükəsizliyinin
təmin olunmasında
elmin istifadə imkanlarının araşdırılmasının,
multukilturalizmin təşviqi
istiqamətində ictimai
və humanitar elmlər sahəsində tədqiqatların aparılmasının,
müasir çağırışlar
və hədəflər
kontekstində qarşıda
duran vəzifələrin
reallaşdırılması üçün güclü
elmi baza və potensialın yaradılmasının da Azərbaycan elminin prioritet istiqamətlərindən
olduğunu vurğulayaraq
bu sahədə görülən işlərdən
danışıb.
Kənd təsərrüfatı naziri
Heydər Əsədov
çıxışında aqrar sektorda görülən işlərdən,
əldə olunan nailiyyətlərdən bəhs
edib. Qeyd olunub ki, Azərbaycanda kənd təsərrüfatı sahəsində
qazanılan nailiyyətlərin
əsasında ulu öndər Heydər Əliyev tərəfindən
dəqiq müəyyənləşdirilmiş
strategiya dayanır.
Müstəqilliyin bərpasından sonra ümummilli lider Heydər Əliyevin hakimiyyətə
qayıdışı ilə
Azərbaycanda fundamental aqrar
siyasətin əsası
qoyulub. Prezident İlham Əliyevin
bu siyasəti uğurla davam etdirərək həyata keçirdiyi islahatlar sayəsində kənd təsərrüfatı sürətli
və dinamik inkişaf yoluna qədəm qoyub.
Heydər Əsədov bildirib ki, son iki ildə
aqrar sahədə görülən işlərin
əsas hədəfini
həmin sektora dövlət dəstəyinin
artırılması ilə
xarakterizə etmək
olar. Nazir bu dəstəyin əsas göstəricisi kimi sahibkarlara kənd təsərrüfatı texnikasının
40 faiz, gübrələrin
70 faiz güzəştlə
verilməsini, suvarılan
sahələrin genişləndirilməsi
üçün müvafiq
avadanlığın alınmasına
xərclənən vəsaitin
40 faizinin dövlət
tərəfindən ödənilməsini
qeyd edib.
Kənd təsərrüfatının əsas
sahələrindən olan
heyvandarlığın inkişaf
etdirilməsi üçün
cinsin dəyişdirilməsi
istiqamətində atılan
addımlar barədə
məlumat verən nazir deyib ki,
yeni cins heyvanların alınması
ilə yanaşı, ölkədə süni mayalandırma işlərinin
təşkili də mühüm əhəmiyyət
kəsb edir. Bitkiçiliyin genişləndirilməsi üçün
yüksək məhsuldarlığa
malik və quraqlığa davamlı toxum sortlarının yetişdirilməsi istiqamətində
zəruri tədbirlər
görülür, yeni
toxumçuluq mərkəzləri
yaradılır. Bu məqsədə yönəlmiş
institusional baza formalaşmaq üzrədir.
Aqrar sahədə dövlət
dəstəyinin forma və
mexanizmlərinin davamlı
olaraq təkmilləşdirildiyini
vurğulayan Heydər
Əsədov bu baxımdan Nazirlər Kabineti tərəfindən
31 qərarın, habelə
6 qanunun qəbul edildiyini, Azərbaycan Prezidentinin 9 sərəncam
imzaladığını bildirib.
Həmçinin 52 rayonda
Kənd Təsərrüfatı
Nazirliyinin yerli qurumları üçün
binaların tikintisinin
başa çatmaqda olduğunu qeyd edən nazir deyib ki, regionlarda
toxumçuluq laboratoriyaları,
torpaqların analizi, ərzaq təhlükəsizliyi
ilə bağlı müvafiq şöbələr
fəaliyyət göstərəcək,
sahibkarlar üçün
treninqlər təşkil
ediləcək. Bununla yanaşı,
Azərbaycan Dövlət
Aqrar Universitetində təhsil ən müasir səviyyəyə
uyğunlaşdırılır, yeni laboratoriyalar yaradılır.
Nazir, həmçinin
ərzaq təhlükəsizliyinin
təmin olunması sahəsində ən müasir tələblərə
cavab verən laboratoriyanın, eləcə
də yeni elmi-tədqiqat institutlarının
yaradıldığını, aqrar sektorun inkişafı istiqamətində
beynəlxalq əməkdaşlığın
genişləndirildiyini diqqətə
çatdırıb.
AZƏRTAC
Azərbaycan. -
2015.- 25 dekabr.- S. 4.